11.04.2019

Bakıda ərzaq məhsullarına 1.3 milyard manatdan çox pul xərclənib — İKİ AY ƏRZİNDƏ

Bu ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 2 milyard 984,6 milyon manat olub.

Pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 1371,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4 faiz artaraq 1612,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 28 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 57,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Mənbə trend.az


Digər xəbərlər


Azərbaycanda toxum yarmarkası yaradılacaq

«Yaxın zamanlarda Azərbaycanda ilk dəfə olaraq toxum sərgi-satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur». Bu, Kənd Təsərrüfatı Nazi...

SOCAR bu törəmə şirkətinin adını dəyişib

«EWE Turkey Holding» şirkətinin alınma prosesi onun adının dəyişdirilməsi ilə başa çatıb.  Türkiyə ticarət reyestrinin qəzetinə ə...

Bakıda İpək Yolu ölkələri məhsullarının sərgisi keçirilir

Bakıda İpək Yolu ölkələrinin məhsullarının beşinci sərgisi işə başlayıb. Sərgidə Çinin Şensi, Anhoy, Hubey, Suar və digər əyalətlərində istehsal o...

Türkiyənin məşhur iş adamı Azərbaycanda böyük işlər görməyə qərar verib

“Biz qardaşıq, soyumuz birdir, eyni dildə danışırıq, eyni mətbəxə və mədəniyyətə sahibik” bunu Türkiyədə fəaliyyət göstərən “Nacsoft Yazılım” şirkəti...