13.04.2019

Bakının baş planını hazırlayacaq şirkət bəlli oldu — 11 milyona başa gələcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakının Baş Planın hazırlanması ilə bağlı keçirilən açıq tenderin qalibi Almaniyanın “AS+P” şəhərsalma şirkəti olub.

Fins.az xəbər verir ki, “AS+P” şirkəti ilə 6 mln. 391 min 231 dollar ( 10 mln. 865 min 92 manat) məbləğində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlığa cəlb etdiyi “AS+P” şirkəti ilə birlikdə Bakının Baş planının hazırlanması prosesinin 2-ci mərhələsinin reallaşdırılması fazasına start verir. Bu mərhələdə görüləcək işlər 1-ci mərhələdə “Boston Consulting Group” beynəlxalq məsləhətçi şirkətinin iştirakı ilə Komitə tərəfindən hazırlanmış Bakı şəhərinin inkişaf konsepsiyası ilə müəyyənləşdirilmiş inkişaf prioritetləri üzərində qurulacaq.

Mənbə fins.az


Digər xəbərlər


2021-ci ilədək Bakı Gəmiqayırma Zavodu 4 gəmi inşa edəcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Bakı şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gəmi Modelçiliyi” dərnəyi ilə xüsusi layihənin i...

Azərbaycan bazarlarındakı bahalığa Çindən "ZƏRBƏ"

İstixanalarda meyvə-tərəvəzin istehsalının nəzərəçarpacaq dərəcədə artması və onların saxlanma müddətinin uzadılması kənd təsərrüfatı məhsullarının q...

Azərbaycanın istehsal edəcək yeni avtomobilinin qiyməti 17.500 AZN olacaq

«Neftçala Avtomobil Zavodunda «Peugeot» markalı avtomobilin daha bir modelinin istehsalı ilə bağlı hazırda iş aparılır» Bunu a...

10 min dollardan artıq kreditlərlə bağlı - Açıqlama

10 min dollardan yuxarı götürülən kreditlərə güzəşt edilməsi nəzərdə tutulmayıb. Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onla...