06.04.2019

Böyük Britaniya vətəndaşlarına “qeyri-Avropa” pasportlarının verilməsinə başlanılıb

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi “Avropa İttifaqı” sözünün olmadığı pasportların verilməsinə başlayıb

“Independent” qəzetinə istinadla xəbər verilir ki, cildinin ön tərəfində “Avropa İttifaqı” sözü yazılmayan qırmızı rəngli pasportlar 2019-cu il martın 30-dan etibarən dövriyyəyə buraxılıb. “Əldə olan ehtiyatları istifadə etmək və vergiödəyicilərinin daha çox mənfəət götürməsini təmin etmək üçün “Avropa İttifaqı” sözlərinin yazıldığı pasportlar həmin tarixdən sonra qısa müddət ərzində buraxılacaq”, — deyə XİN-in rəsmi nümayəndəsi bildirib.

Brexit prosesi baş verməyənə qədər britaniyalılar həm köhnə, həm də yeni pasportlar alacaq, lakin sənədlərin növünü seçə bilməyəcək. Cari ilin sonunadək hökumət göy cildli milli pasportların verilməsini planlaşdırır.

Xatırladaq ki, 2016-cı ildə keçirilən referendumun nəticələrinə əsasən, Böyük Britaniya 2019-cu il martın 29-dan gec olmayaraq Avropa İttifaqını tərk etməli idi. Aprelin 5-də Birləşmiş Krallığın Baş naziri Tereza Mey Avropa İttifaqından Brexit tarixini 2019-cu il iyunun 30-na keçirməyi xahiş edib.

Mənbə azertag.az


Digər xəbərlər


Aydın Mirzəzadənin lider olduğu Dairənin 3 məntəqəsi ləğv edildi

Mərkəzi Seçki Komissiyası 47 saylı Mingəçevir şəhər seçki dairəsi ilə bağlı bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib. Gülüstan.info xəbə...

BMT Təhlükəsizlik Şurasından Bəşər Əsədə çağırış

ABŞ, İngiltərə və Almaniya rəsmiləri Bəşər Əsədə Türkiyənin İdlibdəki nəzarət məntəqələrinə hücumu dayandırmağa çağırdı. Gülüstan.info xəbər verir...

Prezident İlham Əliyev və Birinci xanım İtaliyaya dövlət səfərinə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gəlib. Romanın «Fiumicino» Bey...

Çavuşoğlu, Suriya Kürd Milli Şurasının heyəti ilə görüşüb

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Suriya Kürd Milli Şurasının heyəti ilə görüşdü. Gulustan.info xarici mediaya istinadən xəbər verir ki, ...