26.04.2019

Böyük çayxanaya çevrilən Bakı!

Bir zamanlar qarşısında bilet almaq üçün növbə olardı.

Bakının Əhmədli qəsəbəsi, Sixlinski küçəsi 3 ünvanında yerləşən «Bakı” kinoteatrı hazırda daha çox çayxana kimi tanınır. Çünki orada çayxana açılıb.

Kinoteatrın arxa girəcəyində yeni çayxana tikilir. Bu səbəbdən də, hazırda içəriyə giriş bağlıdır.

450 nəfər tamaşaçı tutan salonda köhnə oturacaqlar yerində qalsa da, səhnədə çayxana yaradılıb.

Çayxanaya gələnlərin rahat əylənməsi üçün nərd, domino kimi stolüstü oyunlar da təşkil edilir. Eyni zamanda, içəridə tennis və bilyard stolları qoyulub.

İşçilərdən öyrəndik ki, çayxanaya gələnlərin istəyini nəzərə alaraq, burada həm də kino və futbol oyunları nümayiş olunur. Çayın qiyməti isə 2 manatdan başlayır. Film izləmək istəyənlər isə əlavə olaraq hər adama görə 2 manat pul ödəməlidirlər.

«Bakı” kinoteatrının fəaliyyətinə kim nəzarət edir?

Suala cavab tapmaq üçün Mədəniyyət Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, «Bakı” kinoteatrı özəlləşdirilib:
«Hazırda nazirlik «Bakı» kinoteatrına nəzarət etmir. Özəlləşdirən sahibkar da, onun hansı istiqamətdə işlədəcəyinə qərar verir”, — deyə bildirilib.

Mənbə ekonews.az


Digər xəbərlər


Həyat Tərzini Dəyiş - Təlim proqramı

Advanced Education və AIESEC birgə təlim proqramı keçirir. “Change Your Lifestyle – Həyat Tərzini Dəyiş” təlim proqramı, beynəlxalq təlimçilər tərəfi...

Polisdən dilənçilərlə bağlı xəbərdarlıq

Bakı şəhər Baş Polis İdarəsi əhaliyə dilənçilərlə bağlı xəbərdarlıq edib. Məlumatda deyilir: «Paytaxtda dilənçilik həyat tərzi keçirən qadını...

İrana işləyən hərbi tərcüməçi ifşa edilib

Almaniyada hərbi tərcüməçiyə İrana işləməklə bağlı ittiham irəli sürülüb. Xarici mediaya istinadən xəbər verir ki, Almaniya Federal prokurorluğu...

Elon Mask-dan şok TƏKLİF

Marsa nüvə zərbəsinin endirilməsi bu planeti insanların yaşaması üçün əlverişli hala gətirər. Bu sözləri “Speys X” şirkətinin yaradıcısı Elon Mask...