15.04.2019

Bu gün Alla Puqaçovanın 70 yaş yubileyidir

2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev onu Dostluq» ordeni ilə təltif edib

Sovet-rus müğənnisi və aktrisası, SSRİ Xalq artisti Alla Puqaçovanın 70 yaşı tamam olur. Rusiya Prezidenti Vladimir Putin də müğənnini yubiley münasibəti ilə təbrik edib.

Qeyd edək ki, Alla Puqaçova 1949-cu il aprelin 15-də Moskvada anadan olub. 1965-ci ildə orta məktəbi bitirən Puqaçova səhnə fəaliyyəti ərzində yüzlərlə uğurlu konsert verib, müxtəlif mükafatlara layiq görülüb. 1966-1967-ci illərdə «Yunost» radiostansiyasının təbliğat briqadasının tərkibində Tümenə ilk qastrol səfərinə çıxıb. A.Puqaçova zəmanəmizin ən istedadlı və məşhur estrada sənətçiləri sırasında özünəməxsus yer tutub.

Müğənninin 60 illiyi ərəfəsində «Gənc qvardiya» nəşriyyatı Aleksey Belyakovun yubilyara həsr olunmuş «Bioqrafiya davam edir» kitabını nəşr edib. Kitabda Alla Puqaçovanın həyat və yaradıcılığının çox sayda maraqlı məqamı yer alıb.

2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı «Dostluq» ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.

Mənbə sputnik.az


Digər xəbərlər


Nəsiminin Hələbdəki viran qalmış məzarı təmir edildi - Foto

Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli şair və mütəfəkkir, Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş İmadəddin...

Venesiyadakı qədim türk tapmacaları alimləri şoka saldı...

Qeydə alınmış ilk türk tapmacaları Venesiyada saxlanılan əlyazmalardır. Bu didilmiş dəftərin ən köhnəlmiş iki səhifəsində 47 ədəd tapmaca yazılıb. ...

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də Xalq artisti, görkəmli muğam ifaçısı, bəstəkar-xanəndə Əlibaba Mə...

Madonnanın vəziyyəti pisdir - Konsertləri təxirə salındı

Dünya şöhrətli məşhur pop ulduz Madonnanın səhhətində problem yaranıb. Vəziyyəti pisləşən müğənni Bostonda nəzərdə tutulan üç konsertini təxirə sa...