16.04.2019

Bu şəxslər də təqaüd alacaq — Növbəti yeni təqaüd

Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırılır

Bununla bağlı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, «Əmək pensiyaları haqqında» qanunlarına dəyişiklik edilir.

Hazırki qanunvericiliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır.

“Əmək pensiyaları haqqında” qanun 1.0.5-ci maddəsində pul təminatı dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür.

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanun 20.3-cü maddəsinə müvafiq olaraq kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır.

Qeyd olunan şəxslər xidmətdən tərxis olunmazdan əvvəl sərəncama götürülür, bir müddət sərəncamda qalır, daha sonra isə xidmətdən tərxis olunurlar. Belə olan halda onların pensiya hesablanan pul təminatının məbləği aşağı olur. Belə ki, bu hallarda birbaşa xidmətlə əlaqədar bəzi əlavələr (məxfi sənədlərlə iş, peşəkarlığa, mühüm tapşırıqlara, xidmətdə fərqlənməyə görə əlavələr) və sonraki artımlar pensiyada nəzərə alınmır.

Qanunvericilik təşəbbüsü hüququ subyekti bu təklifi kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılmaıs məqsədi ilə təqdim edib.

Bu baxımdan layihədə təklif olunur ki, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablansın. Layihənin maliyyə tutumu digər aidiyyəti dövlət orqanları ilə yanaşı, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də razılaşdırılıb.

Dəyişiklik layihəsi Milli Məclisin aprelin 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə report.az


Digər xəbərlər


İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın başçılıq etdiyi nümayəndə h...

Tramp molla rejimi ilə görüşü rədd etdi

ABŞ Prezidenti Donald Tramp İranla ön şərtlər olmadan görüşməyə hazır olması ilə bağlı informasiyanı təkzib edib. Bu barədə Donald Tramp Tvitter h...

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin o...

“Pərəstlər” və Azərbaycanın Milli Təhlükəsizliyi

Bir çoxlarınız Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri ilə tanışsınız. Bu əsəri Məmmədquluzadə 1920–ci ildə Şuşada bitirib. 1920–ci ilin Şuşası...