11.04.2019

Bu təyyarə ilə səfər edənlər Əbu-Dabi otellərində iki gecə PULSUZ qala bilər — YENİ AKSİYA

Birləşmiş Ərəb Əmirliklərinin “Ettihad Airways” aviaşirkəti yeni irimiqyaslı aksiyaya başlayıb. Bu aksiya çərçivəsində tranzit sərnişinlər Əbu-Dabinin otellərinin birində iki gecə pulsuz qalmaq imkanı əldə edə biləcəklər.

BƏƏ-nin paytaxtından bütün istiqamətlərə biletlərin şirkətin saytında və ya turizm agentləri vasitəsilə iyunun 15-dək bronlaşdırıldığı təqdirdə oteldə iki gecə pulsuz qalmaq hüququna sahib olmaq mümkündür. Aksiya aprelin 21-dən iyulun 15-dək olan dövrdə keçirilir. Qonaqlar 15 oteldən, o cümlədən beşulduzlu “Intercontinental Abu Dhabi” və “Dusit Thani Abu Dhabi”, həmçinin “Courtyard by Marriott WTC”, “Crowne Plaza”, “Radisson Blu” və başqa otellərdən birini seçə bilərlər.

“EtihadAviationGroup” şirkətinin kommersiya direktoru Robin Kamark bildirib ki, Əbu-Dabiyə gələnlərin sayı ildən-ilə artmaqda davam edir və bu inanılmaz kampaniya şirkətə bizim qeyri-adi evimizi dünyanın hər yerindən olan çoxsaylı ziyarətçilərə nümayiş etdirməyə şərait yaradacaq.

Mənbə AZƏRTAC


Digər xəbərlər


Türkiyənin məşhur iş adamı Azərbaycanda böyük işlər görməyə qərar verib

“Biz qardaşıq, soyumuz birdir, eyni dildə danışırıq, eyni mətbəxə və mədəniyyətə sahibik” bunu Türkiyədə fəaliyyət göstərən “Nacsoft Yazılım” şirkəti...

Azərbaycanda YENİLİK - Hər bir işsizin "şəxsi kabinet"i olacaq

Bu ilin sonundan başlayaraq işsiz vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı vakansiya bazasından özləri üçün münasib işi s...

Apple-dan 3 arxa kameralı iPad Pro planşet modeli - FOTO

İnternetdə iPhone 11 Pro-dakı kimi 3 arxa kamera moduluna sahib yeni iPad Pro modelinin fotosu ortaya çıxıb. Sonny Dickson adlı insayder sözügedən p...

Azərbaycanda yeni üsulla kişmiş istehsal olunacaq

Kənd Təsərrüfatı naziri İnam Kərimov “Samux rayonunda meyvə qurusu istehsalı” müəssisəsinə baş çəkib. Bildirilib ki, bu layihənin yekun məhsulu ol...