11.04.2019

Çavuşoğlu: «Bu qərarın Türkiyə üçün heç bir hüquqi qüvvəsi yoxdur».

«İtaliya parlamentinin hökuməti 1915-ci il hadisələrini uydurma “erməni soyqırımı” kimi tanımağa çağıran qərarının Türkiyə üçün heç bir hüquqi qüvvəsi yoxdur».

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu «Tvitter» səhifəsində bəyan edib.“Tarixi siyasiləşdirən bütün cəhdlər kimi, İtaliya Deputatlar Palatasının bu qərarı da yox qüvvəsindədir. İtaliya parlamentinin ksenofobik Liqa Partiyasının Avropa Parlamenti seçkilərindəki səslərini artırmaq məqsədi ilə səhnələşdirdiyi oyuna alət olması qəbuledilməzdir”, – deyə Çavuşoğlu vurğulayıb. 

Qeyd edək ki, İtaliya parlamentinin aşağı palatası olan Deputatlar Palatası qondarma “erməni soyqırımı”nın rəsmi səviyyədə tanınması üçün təşəbbüs sənədi qəbul edib. Sənəddə deputatlar İtaliya hökumətini tarixi faktlara zidd şəkildə ortaya atılmış saxta “erməni soyqırımı”nı tanımağa və bu uydurma məsələyə “beynəlxalq ölçü” verməyə çağırıblar. Sənədin qəbulu üçün 382 deputat səs verib. Təşəbbüsün əleyhinə çıxan olmayıb, 43 deputat isə bitərəf qalıb. 

Mənbə Azvision


Digər xəbərlər


125 deputat yerinə neçə namizəd var? - MSK-dan rəsmi açıqlama

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib. ...

Liviyanın Suriyaya dönməməsi üçün hərəkət etməliyik - Angela Merkel

«Liviyanın Suriyaya dönməsinə icazə verməməliyik» Gülüstan.info xəbər verir ki, bu fikiri Davosda Dünya İqtisadi Forumunda çıxış edən Al...

Azərbaycandan ermənilərə cavab - "Ermənistan XİN-i öz tarixinə diqqət yetirməlidir"

Ermənistanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı apardığı uydurma propaqandaya, bu kimi fəaliyyəti ilə Ermənistan tərəfi Azərbaycanın dinc əhali...

Mərkəzi Seçki Komissiyası sədrindən partiyalara MÜRACİƏT

“Seçki Məcəlləsinə azı 10 gün qalmış səsvermə bülletenləri hazırlanmalıdır. Biz yaxın bir neçə gün ərzində bu prosesə başlayacağıq”. Gülüstan.info...