16.04.2019

Çavuşoğlu: Bütün dünya Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olduğunu qəbul edir

Bütün dünya Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olduğunu qəbul edir

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, buna baxmayaraq Ermənistan işğal etdiyi torpaqları azad etmir.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində — Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Mənbə trend.az


Digər xəbərlər


Ərdoğan ABŞ senatorlarını susdurdu: “Kürdlər başqa, terrorçular başqadır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla ABŞ-da səfərdə olan rəsmi heyət prezident Donald Trampın verdiyi işgüzar yemək masasından sonra...

Ərdoğan Trampın "hədə məktubu"nu lazımlı formada özünə qaytardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın təhqiredici məktubunu özünə qaytarıb. O, bunu Vaşinqtondakı danışıqlar zaman...

Bu dəfə də ABŞ Suriyaya girdi

ABŞ hərbçiləri İraqdan Suriya ərazisində daxil olub. ABŞ hərbçilərinin Əl-Cibsah neft yataqlarının yaxınlığında mövqe tutduğu bildirilib. 24 zi...

Trampdan Ərdoğana dodaq uçuqladan məbləğdə saziş TƏKLİFİ

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Vaşinqtona səfəri ərəfəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana 100 milyard dollarlıq tica...