10.04.2019

Çavuşoğlu: «Tramp Türkiyəyə səfər edəcək»

«ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırır»

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu «NTV» televiziyasına müsahibəsində deyib.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı D.Tramp arasında telefon danışqları olur: «Qarşılıqlı səfərlərə gəlincə, Donald Tramp Türkiyəyə səfər etmək istədiyini bildirib. Bununla bağlı ABŞ Prezidenti milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona səfərin tarixini müəyyənləşdirməyi tapşırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-a səfər edə bilər. İki dövlət arasında yanlış anlaşılmaların aradan qaldırılması və müsbət şəraitin yaradılması baxımından belə ziyarətlərin əhəmiyyətli olduğunu düşünürük». 

Mənbə marja.az


Digər xəbərlər


Ruhani ABŞ-a gedəcək

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani yüksək səviyyəli nümayəndə heyətilə ABŞ-a səfər edəcək. «Tasnim» agentliyi verdiyi xə...

ABŞ bu dəfə İranın Milli Bankına sanksiya tətbiq edib

ABŞ İranın Milli Bankına sanksiya tətbiq edib. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.  ABŞ Prezide...

Yerevanda ara qarışdı - Həbsxanada iğtişaş

İrəvanın “Nubaraşen” təcridxanasında iğtişaş baş verib. Bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, iğtişaşa səbəb Ermənistanın Cinayət Mə...

ABŞ bu dəfə onları ölkədən qovdu - Siyasi qalmaqal

ABŞ BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün Nyu Yorka gələn Kuba nümayəndə heyətindən ölkəni tərk etməsini tələb edib. Bu ba...