19.04.2019

Dünya ölkələri parlament sədrlərinin toplantısı Avstriyada keçiriləcək

Gələn il Avstriya dünya ölkələri parlament rəhbərlərinin toplantısına ev sahibliyi edəcək.

Bu barədə Avstriya Milli Şurasının (Parlament) sədri Volfqanq Sobotka məlumat verib. Beynəlxalq Parlamentlərarası İttifaqın bu toplantı üçün Vyana şəhərini seçməsindən məmnunluq ifadə edən parlament sədri, toplantının gələn ilin avqust ayında reallaşacağına deyib.
Üç gün davam edəcək beynəlxalq toplantıda 178 ölkədən 1200-dən artıq nümayəndənin iştirakı gözlənilir.
Qeyd edək ki, ilk dəfə 2000-ci ildə reallaşan bu tədbirə Nyu-York (2000, 2005 və 2015-ci illər) və Cenevrə (2010-cu il) ev sahibliyi edib. Əsası 1889-cu ildə qoyulan Parlamentlərarası İttifaqa hazırda dünyanın 178 ölkəsinin milli parlamenti və 10 assosiativ birlik üzvdür.

Mənbə AZƏRTAC


Digər xəbərlər


Aydın Mirzəzadənin lider olduğu Dairənin 3 məntəqəsi ləğv edildi

Mərkəzi Seçki Komissiyası 47 saylı Mingəçevir şəhər seçki dairəsi ilə bağlı bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib. Gülüstan.info xəbə...

BMT Təhlükəsizlik Şurasından Bəşər Əsədə çağırış

ABŞ, İngiltərə və Almaniya rəsmiləri Bəşər Əsədə Türkiyənin İdlibdəki nəzarət məntəqələrinə hücumu dayandırmağa çağırdı. Gülüstan.info xəbər verir...

Prezident İlham Əliyev və Birinci xanım İtaliyaya dövlət səfərinə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gəlib. Romanın «Fiumicino» Bey...

Çavuşoğlu, Suriya Kürd Milli Şurasının heyəti ilə görüşüb

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Suriya Kürd Milli Şurasının heyəti ilə görüşdü. Gulustan.info xarici mediaya istinadən xəbər verir ki, ...