03.04.2019

Fermerlərə şad XƏBƏR — YENİ ZAVOD istifadəyə verilir

“Xaçmaz Toxum Emalı Zavodu bu ilin məhsul mövsümü üçün tam hazır vəziyyətdə fermerlərin xidmətinə veriləcək”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun sədri Emin Əliyevin sözlərinə görə, Xaçmaz Toxum Emalı Zavodunun artıq sınaq testləri keçirilib və uğurla başa çatıb.

“Yaxınlarda Xaçmazda şimal zonada fəaliyyət göstərən toxumçularla görüşlərimiz planlaşdırılır. Bu görüşlərdə fermerlərə zavodun imkanlarından faydalanmaq imkanları təqdim ediləcək. Fermerlərə daha keyfiyyətli toxum əldə etmələri üçün emal imkanları təklif ediləcək”,- deyə o vurğulayıb.

Nazirlik rəsmisi əlavə edib ki, avadanlıqlarımızın müasir olduğu üçün təklif olunan xidmətlərimiz bazar qiymətlərindən daha aşağı, keyfiyyət isə, düşünürük daha üstün olacaq: “Ona görə fermerlərin məmnun olacaqlarına inanırıq”.  

Şəkidə yaradılacaq toxum emalı zavodunda isə hal-hazırda quraşdırma işləri görülür. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu tərəfindən yaradılacaq müəssisələrin hər birinin emal gücü saatda 5 ton olmaqla, 3min ton saxlanc imkanına malikdir. Bu müəssisələrdə toplam 7500 ton məhsulu saxlamaq imkanı olacaq. 

Azərbaycanın illik toxuma olan tələbatı 120 min ton təşkil edir. Müəssisələrin təhvil verilməsi ilə tələbatın 5 faizini ödəmək imkanı əldə olunacaq.

Mənbə report.az


Digər xəbərlər


Azərbaycan və Çin kənd təsərrüfatı texnikası üzrə müəssisələr yaradacaq

Azərbaycan və Çin yaxın perspektivdə birgə müəssisələrin yaradılması imkanlarını nəzərdən keçirir. Bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib...

Azərbaycanlıların yaratdığı layihə Rusiya iş dünyasının marağına səbəb olub

Rusiyanın ən iri banklarından olan Sberbankın startaplar üçün keçirdiyi akseleratorun qalibləri içərisində həmyerlilərimizin yaratdığı son dərəcə mar...

Avstriyadan böyük qadağa! Avropa İttifaqı və Merkosur dövlətləri arasında ticarət sazişinə veto qoydu

Sentyabrın 19-da Avstriya Parlamentinin Aİ üzrə alt komissiyasında qəbul edilmiş qərar həm ölkə, həm də xarici mətbuatda böyük əks-sədaya səbəb olub....

Huawei şirkəti Google servislərinin yerinə nəyi tətbiq edəcək?

Baş tutmuş 2 saatlıq təqdimatdan sonra Huawei şirkəti vacib məlumatı səsləndirdi. Belə ki, yeni smartfonlar Google servislərini əldə etməyəcəklər. La...