14.04.2019

Gizirimiz dəfn olundu — Foto

Azərbaycan Ordusunun qar uçqununa düşərək həlak olan hərbi qulluqçusu, gizir Abdullayev Hafiz Məhəd oğlu doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn edilib.

Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı və RİH-in əməkdaşları, habelə hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri, mərhumun komandirləri və hərbçi yoldaşları, eləcə də rayon sakinləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı mərhumun atasına təqdim edilib. Yaylım atəşindən sonra Hafiz Abdullayev dəfn edilib.

Mənbə sputnik.az


Digər xəbərlər


Şri-Lankada 3 partlayış baş verib

Budəfəki partlayışlar ölkənin şərqində yerləşən Kalmunay şəhərində antiterror əməliyyatları zamanı baş verib. Hadisənin təfərrüatları hələlik bilinmi...

Mehriban Əliyeva İçərişəhərdə sakinlərlə görüşüb - Yenilənəcək

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhərə gəlib.  Məlumata görə birinci xanım Kiçik Qala küçəsində yerləşən...

Böyük çayxanaya çevrilən Bakı!

Bir zamanlar qarşısında bilet almaq üçün növbə olardı. Bakının Əhmədli qəsəbəsi, Sixlinski küçəsi 3 ünvanında yerləşən «Bakı” kinoteatrı hazı...

“Formula1”də qəza baş verib - Rassellin bolidi lyuka düşüb - Foto

Bakıda keçirilən “Formula 1” sərbəst yürüşündə maraqlı hadisə baş verib. Yolda olan lyuk açılıb. Bu zaman Böyük Britaniyanın “Williams” komandası...