16.04.2019

İrəvanda türk deputatından erməniləri susduracaq cavab: “Qarabağ Azərbaycanındır!”

“Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması və sərhədlərin açılması məsələsini Dağlıq Qarabağ probleminin həlli kontekstində nəzərdən keçirmək lazımdır”

Bunu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin bu gün İrəvanda keçirilən 52-ci iclasında iştirak edən komitənin sədri, Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) deputatı Mətin Gündoğdu erməni jurnalistlərin sualını cavablandırarkən deyib.

“Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmadan Ermənistanla Türkiyə arasında münasibətlərin yoluna qoyulmasından söhbət gedə bilməz. Həmçinin, İrəvanla Ankaranın münasibətləri erməni diasporu faktoru ilə şərtləndirilməməlidir”, — deyə Gündoğdu vurğulayıb.

Mənbə gunaz.tv


Digər xəbərlər


İlham Əliyev Ərdoğana zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dö...

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib YENİLƏNƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin...

İlham Əliyev Xocalı abidəsini ziyarət edib- Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsini ziyarət edib. Gulust...

Mehriban Əliyevadan Xocalı soyqırımı ilə bağlı paylaşım

Gulustan.info məlumat verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşı...