03.04.2019

İran azərbaycanlıları sıxışdırmaqda davam edir — Təbrizdə avtobus qiymətləri qalxdı

Təbrizdə şəhər daxilində sərnişin daşıyan avtobuslarda gediş haqqı bahalaşıb

Bu barədə Təbriz Şəhərdaxili Avtobus Nəqliyyatı Şirkəti məlumat yayıb. Bildirilib ki, yeni qiymətlər aprelin 5-də qüvvəyə minəcək.

Şirkətin yeni il (İranda yeni il Novruz bayramından başlayır) üçün açıqladığı elanda marşrut avtobuslarında gediş haqqının qiyməti ötən illə müqayisədə 36 faiz qalxıb.

Təbriz Şəhərdaxili Avtobus Nəqliyyatı Şirkəti bütün marşrutlar üzrə gediş haqqının qiymətini elan edib.

Qeyd edək ki, İranın şübhəli nüvə fəaliyyəti Amerika Birləşmiş Ştatlarının bu ölkəyə iqtisadi sanksiyalar tətbiq etməsi ilə nəticələnib. Bu səbəbdən ölkədə ağır iqtisadi böhran hökm sürür. Güney Azərbaycanın bütün bölgələrini isə işsizlik, yoxsulluq və qeyri-adi bahalıq bürüyüb, əhali günü-gündən artan qiymətlərin öhdəsindən necə gələciyini bilmir.

Mənbə gunaz.tv


Digər xəbərlər


Bu sahibkarlar mənfəət vergisindən azad olacaq

Azərbaycanda innovasiya yönümlü startaplara xüsusi imtiyazlar var. Əgər fərdi sahibkarlar, müəssisələr öz gəlirlərini 3 il ərzində innovasiya sahəsin...

Səudiyyə Ərəbistanında qadınlar kişilərlə birlikdə restorana eyni qapıdan girə biləcək

Artıq Səudiyyə Ərəbistanında restoranlardan, qadınlar və kişilər üçün ayrı giriş qapıları saxlamaları tələb olunmayacaq. Hökumətin son qərarına görə,...

Sərhəddə elektron sistem: Artıq heç kim növbəyə girə bilməyəcək

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib ki, 2020-ci ildən etibarən bu sistem TIR, avtobus və digər nəqliyyat vasitələrində də tətbiq olu...

Azərbaycandakı hotellərin ulduzlarının uyğunluğu yoxlanılacaq

Azərbaycan Turizm Bürosu ölkədəki hotellərə ulduz verilməsi üzrə yeni meyarların tətbiqini planlaşdırır. Bununla da, hotellərin aldıqları ulduzlara u...