13.04.2019

İran «kiçik qardaşı» Ermənistana niyə qəzəbləndi?

Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Parlamentlərarası İttifaqın 140-cı iclasında iştirak edən İran İslam Şurası Məclisinin (parlamentin) sədri Əli Laricani Ermənistan parlamentinin sədri Ararat Mirzoyan ilə görüşüb

Görüşdə İran parlamentinin sədri Araz çayını çirkləndirdiyinə görə Ermənistana ciddi iradını bildirib. Əli Laricani diqqətə çatdırıb ki, Ermənistan hökuməti ekoloji problemləri diqqətdə saxlamalı və Araz çayına çirkab suların axıdılmasına son qoymalıdır. İran parlamentinin sədri bildirib ki, çayın çirkləndirilməsi ekoloji problem yaratmaqla yanaşı, İranın kənd təsərrüfatına da ziyan vurur.

Ermənistan parlamenti sədrinin diqqətinə çatdırılıb ki, ümumi istifadədə olan Araz çayının çirkləndirilməsi beynəlxalq qanuna və normalara ziddir. Rəsmi Yerevandan qəti şəkildə tələb olunub ki, Araz çayının çirkləndirilməsi məsələsi aradan qaldırılsın.

Mənbə axar.az


Digər xəbərlər


Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Foto

Aprelin 26-da Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub. Dövl...

Simonyan: “Rusiya müsəlman ölkəsi olacaq”

RT telekanalının baş redaktoru Marqarita Simonyan Rusiyanın “bütün ruslara vətəndaşlıq verməli olduğu” barədə dörd səbəbi açıqlayıb.Arqumentlərdən bi...

Ermənilər bu dəfə də bacarmadı - Belçika qondarma “soyqırımı“ tanımadı

Aprelin 25-də Belçika Federal Parlamenti Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş soyqırımıların təkzib edilməsinə görə cinayət məsuliyyəti...

Ermənilərin BMT-dəki üzsüzlüyü son həddə çatıb

Beynəlxalq Avrasiya Mətbuat Fondu qondarma “dqr»in hesabatının BMT-nin rəsmi səhifəsində dərc edilməsi ilə əlaqədar təşkilatın baş katibi Antoni...