12.04.2019

Kim Çen İn öz köməkçisini Şimali Koreyanın rəsmi lideri vəzifəsinə təyin etdi

Şimali Koreya Ali Xalq Məclisi prezidiumunun rəhbəri vəzifəsinə yeni şəxs təyin olunub.

Bu məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb. Məlumata görə, bu vəzifəyə Kim Çen İnın köməkçisi, keçən il ABŞ-ın sanksiyalar siyahısına düşmüş Çoy Ryon Xen gətirilib. O, bu vəzifədə 20 il prezediumun rəhbəri olmuş Kim Yon Namı əvəz edib.

Çoy Ryon Xenin bunun sayəsində gələcəkdə Pxenyanı beynəlxalq arenada təmsil edəcəyi bildirilib.

Qeyd edək ki, Şimali Koreya qanunvericiliyinə əsasən Çoy dövlətin başçısı sayılır. De-fakto isə ölkədəki real hakimiyyət Dövlət Şurasının rəhbəri olan Kim Çen İn və qohumlarına aiddir.

Mənbə axar.az


Digər xəbərlər


Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Foto

Aprelin 26-da Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub. Dövl...

Simonyan: “Rusiya müsəlman ölkəsi olacaq”

RT telekanalının baş redaktoru Marqarita Simonyan Rusiyanın “bütün ruslara vətəndaşlıq verməli olduğu” barədə dörd səbəbi açıqlayıb.Arqumentlərdən bi...

Ermənilər bu dəfə də bacarmadı - Belçika qondarma “soyqırımı“ tanımadı

Aprelin 25-də Belçika Federal Parlamenti Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş soyqırımıların təkzib edilməsinə görə cinayət məsuliyyəti...

Ermənilərin BMT-dəki üzsüzlüyü son həddə çatıb

Beynəlxalq Avrasiya Mətbuat Fondu qondarma “dqr»in hesabatının BMT-nin rəsmi səhifəsində dərc edilməsi ilə əlaqədar təşkilatın baş katibi Antoni...