07.04.2019

Liviya hərbi hava qüvvələri tərəfindənTripoli aeroportu bombalanıb

Bu gün Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Mustafanın rəhbərlik etdiyi hərbi hava qüvvələri Liviya Milli Ordusunun Tripoli Beynəlxalq hava limanı ərazisindəki mövqelərinə zərbələr endirib. Bu barədə «Al-Arabiya» telekanalı məlumat verib.

Tripoli Beynəlxalq hava limanına Feldmarşal Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusu nəzarət edir. Tripoli Beynəlxalq aeroportu 2014-cü ildə gedən ağır döyüşlər zamanı tam dağıdılıb və artıq 5 ildir fəaliyyət göstərmir.

Qeyd edək ki, aprelin 4-də Xəlifə Haftar paytaxt Tripolinin silahlı qruplaşmalardan azad olunması üzrə hərbi əməliyyatın başladığını elan edib. Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarac özünə tabe olan bütün hərbi birləşmələri tam döyüş hazırlığı səviyyəsinə gətirmək əmri verib.

Mənbə report.az


Digər xəbərlər


Aydın Mirzəzadənin lider olduğu Dairənin 3 məntəqəsi ləğv edildi

Mərkəzi Seçki Komissiyası 47 saylı Mingəçevir şəhər seçki dairəsi ilə bağlı bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib. Gülüstan.info xəbə...

BMT Təhlükəsizlik Şurasından Bəşər Əsədə çağırış

ABŞ, İngiltərə və Almaniya rəsmiləri Bəşər Əsədə Türkiyənin İdlibdəki nəzarət məntəqələrinə hücumu dayandırmağa çağırdı. Gülüstan.info xəbər verir...

Prezident İlham Əliyev və Birinci xanım İtaliyaya dövlət səfərinə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gəlib. Romanın «Fiumicino» Bey...

Çavuşoğlu, Suriya Kürd Milli Şurasının heyəti ilə görüşüb

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Suriya Kürd Milli Şurasının heyəti ilə görüşdü. Gulustan.info xarici mediaya istinadən xəbər verir ki, ...