06.04.2019

Məhkəmə sistemində yeni mərhələ — Ölkə rəhbəri fərman imzaladı

“Mediasiya haqqında”qanunun tətbiqi məhkəmə-hüquq sistemində mühüm əhəmiyyətli islahatlar kimi qiymətləndirilməlidir. Çünki bu vaxta qədər Azərbaycanda tətbiq edilməyən və mübahisələrin alternativ üsulla həllinə şərait yaradan yeni bir institut yaradılıb

Bu sözləri açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, Prezidentin hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı fərmanı məhkəmələrdə tam şəffaflığın yaranmasına gətirib çıxaracaq:

“Ümumiyyətlə, Konstitusiyanın 94-cü maddəsinin I hissəsi, 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili nəzərdə tutulur. “Mediasiya haqqında” qanunun tətbiq edilməsi ilə məhkəmə sistemində yeni mərhələ başlayacaq. Mediasiya Şurası əsas etibarilə iqtisadi, mülki və ailə mənşəli mübahisələri həll edəcək. Bu institutun məhkəmələrdən əsas fərqi isə mübahisələri iddiaçı tərəflərin qarşılıqlı razılığı əsasında məhkəməyə çatmadan həll etməsi olacaq. Bunun üçün mediatorlar fəaliyyət göstərəcək. Beləliklə, bu addım həm şəffaflığın təmin olunmasına, həm də ictimai etimad mühitinin dərinləşməsinə səbəb olacaq”.

Deputat qeyd edib ki, Mediasiya İnstitutu yeni ifadə forması olsa da, bu şuranın funksiyası əslində hər birimizə tanışdır:

“Ona görə də yeni yaradılan qurum məhkəmələrin işinin daha keyfiyyətli şəkildə təşkil olunmasına da təsir edəcək. Çünki ictimai münasibətlərdə hər hansı fəaliyyətlə bağlı yaranmış mübahisələri həll etmək üçün alternativ qurum var və seçim etmək vətəndaşın hüququdur”.

Mənbə axar.az


Digər xəbərlər


Aydın Mirzəzadənin lider olduğu Dairənin 3 məntəqəsi ləğv edildi

Mərkəzi Seçki Komissiyası 47 saylı Mingəçevir şəhər seçki dairəsi ilə bağlı bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib. Gülüstan.info xəbə...

BMT Təhlükəsizlik Şurasından Bəşər Əsədə çağırış

ABŞ, İngiltərə və Almaniya rəsmiləri Bəşər Əsədə Türkiyənin İdlibdəki nəzarət məntəqələrinə hücumu dayandırmağa çağırdı. Gülüstan.info xəbər verir...

Prezident İlham Əliyev və Birinci xanım İtaliyaya dövlət səfərinə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gəlib. Romanın «Fiumicino» Bey...

Çavuşoğlu, Suriya Kürd Milli Şurasının heyəti ilə görüşüb

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Suriya Kürd Milli Şurasının heyəti ilə görüşdü. Gulustan.info xarici mediaya istinadən xəbər verir ki, ...