13.04.2019

Məktəblərdə nə baş verir? — Bu dəfə «British School»da müəllimlər əlbəyaxa oldu

Bakının elit kollecində müəllimlər arasında əlbəyaxa dava olub.

Hadisə ötən gün saat 15 radələrində Bakının Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanda yerləşən «British school College”də işləyən müəllimələr – 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Conu arasında münaqişə baş verib.

Münaqişə qadınların əlbəyaxa davaya çevrilib. Dava zamanı hər iki müəllim xəsarətlər alıb.

Baş verən dava barədə Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinə məlumat daxil olub.

Faktla bağlı polisin istintaq şöbəsində araşdırma aparılır.

Mənbə ann.az


Digər xəbərlər


Şri-Lankada 3 partlayış baş verib

Budəfəki partlayışlar ölkənin şərqində yerləşən Kalmunay şəhərində antiterror əməliyyatları zamanı baş verib. Hadisənin təfərrüatları hələlik bilinmi...

Mehriban Əliyeva İçərişəhərdə sakinlərlə görüşüb - Yenilənəcək

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhərə gəlib.  Məlumata görə birinci xanım Kiçik Qala küçəsində yerləşən...

Böyük çayxanaya çevrilən Bakı!

Bir zamanlar qarşısında bilet almaq üçün növbə olardı. Bakının Əhmədli qəsəbəsi, Sixlinski küçəsi 3 ünvanında yerləşən «Bakı” kinoteatrı hazı...

“Formula1”də qəza baş verib - Rassellin bolidi lyuka düşüb - Foto

Bakıda keçirilən “Formula 1” sərbəst yürüşündə maraqlı hadisə baş verib. Yolda olan lyuk açılıb. Bu zaman Böyük Britaniyanın “Williams” komandası...