15.04.2019

Maşın bazarında vəziyyət nə yerdədir?

Rayonlardakı maşın bazarlarında daha çox avtomobil satışa çıxarılsa da durğunluq yaşanır. Alıcılar durğunluğa görə, satıcıları ittiham edir. Gəncə və Bərdənin maşın bazarlarından hazırlanan sujeti təqdim edirik

Gəncənin yeni maşın bazarında avtomobil sıxlığı müşahidə olunur. Bütün ətraf bölgələrdən gələn alıcı və satıcılar bazarda əsl izdiham yaradıb. Ancaq bu alış-verişin canlanmasına təsir edə bilmir.

Alıcılar isə bazardakı durğunluğa görə satıcıları ittiham edir. Yeni maşın sahibi olmaq istəyənlər deyir ki, qiymətlər süni olaraq şişirdilir, bu isə ticarətə mane olur.

Bura isə regionun ən böyük maşın bazarlarından biri olan Bərdənin avtomobil bazarıdır. Həftədə iki dəfə satış həyata kecirilən bazarda satan çox, alan azdır…

Bazarda istehsal ili köhnə olan avtomobillərdə qiymətlər aşağı düşsə də alıcı tapılmır.

Satıcılar bildirir ki, şəhər yerlərindən fərqli olaraq rayonlarda xarici maşınlara təlabar azdır. Bu dəfəki bazarda puluna uyğun maşın tapa bilməyənlər növbəti bazarı gözləyir. (Xəzər TV)

Mənbə ann.az


Digər xəbərlər


Azərbaycanın istehsal edəcək yeni avtomobilinin qiyməti 17.500 AZN olacaq

«Neftçala Avtomobil Zavodunda «Peugeot» markalı avtomobilin daha bir modelinin istehsalı ilə bağlı hazırda iş aparılır» Bunu a...

10 min dollardan artıq kreditlərlə bağlı - Açıqlama

10 min dollardan yuxarı götürülən kreditlərə güzəşt edilməsi nəzərdə tutulmayıb. Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onla...

Azərbaycanda daha bir yenilik - Hollandiyanın hesabına model ferma yaradılacaq

«Hollandiya Azərbaycanda kənd təsərrüfatı sahəsində araşdırmalar aparmaq, o cümlədən model ferma yaradılması üçün 300 min avro ayırıb». ...

Uzun zamandan sonra avro ucuzlaşdı

Mərkəzi Bankın bu günə açıqladığı rəsmi dollar/manat məzənnəsi aprelin 24-ü ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.896...