05.04.2019

Azərbaycanda təmassız «Mastercard»lara son keçid tarixi 2021-ci il oldu — Rəsmi

«Mastercard» 12 aprel 2021-ci il tarixinə qədər Azərbaycanda tamamilə təmassız plastik kartlara keçid üçün tələb qoyub

Bu barədə cavab olaraq şirkətdən bildirilib.

Məlumatda deyilir ki, bir sıra MDB ölkələri üçün bu müddət artıq başa çatıb. 

«Bu il aprelin 12-dən Avropada həm EMV, həm də təmassız bütün yeni kartların buraxılışına mandat var. «Mastercard» bu prosesi Azərbaycan üçün dövlət səviyyəsində 2 il müddətinə — 2021-ci il aprelin 12-nə qədər uzadıb. Biz iqtisadiyyatın nağdsız transformasiyasını sürətləndirən təmassız texnologiyalar bazarının inkişafı ilə bağı olan bütün partnyorlarımız, banklar və tənzimləyicilər ilə daima əlaqədəyik»,- deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, eyni tələbi Azərbaycan banklarına qarşı «Visa International» da irəli sürüb. Amma şirkət bununla bağlı sorğunu hələ ki cavablandırmayıb.

Mənbə report.az


Digər xəbərlər


Manatın sabaha məzənnəsi

Fevralın 26-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 26.02.2020-ci il tarixindən etibarən rəsmi məz...

Mütəxəssislər Tesla avtomobillərində səhv tapdı - Şirkət adekvat addım atmayacaq

«McAfee» şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri Tesla elektrikli nəqliyyat vasitələrinin avtopilotunu sındırmağa (kənardan ...

Azərbaycanda qızıl və gümüş bahalaşmaqda davam edir

Azərbaycanda qızıl və gümüş bahalaşıb. Gülüstan.info xəbər verir ki, fevralın 24-də qızılın qiyməti fevralın 21-i ilə müqayisədə 61,8375 manat art...

Koronavirusdan "Samsung"a zərbə - Fabriklər bağlanır

«Samsung»un Cənubi Koreyadakı bir fabrikində işçilərdə koronavirus aşkar edilib və şirkət həmin fabriki bağlayıb. Gülüstan.info xəbər ve...