09.04.2019

Müdafiə Nazirliyindən erməni terrorçusu Tonoyana cavab gecikmədi

Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir.

Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın guya Azərbaycan ərazisində xaos yaratmaq məqsədilə düşmən tərəfinin kəşfiyyat bölmələrinin fəallaşması ilə bağlı dediyi fikirləri şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə davranaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi Yerevanın hazırkı rəhbərliyində mövcud olduğunu sübut edir.İşğalçı ölkənin müdafiə nazirinin son çıxışları N.Paşinyan hakimiyyətinə qarşı yönəlmiş və D.Tonoyanın gələcək siyasi karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir. Ermənistan rəsmilərinin müharibə hədəsi ilə dolu səsləndirdikləri təhdidləri ciddi qəbul etməyən Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır”, – deyə polkovnik V.Dərgahlı qeyd edib.

Mənbə musavat.az


Digər xəbərlər


Aydın Mirzəzadənin lider olduğu Dairənin 3 məntəqəsi ləğv edildi

Mərkəzi Seçki Komissiyası 47 saylı Mingəçevir şəhər seçki dairəsi ilə bağlı bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib. Gülüstan.info xəbə...

BMT Təhlükəsizlik Şurasından Bəşər Əsədə çağırış

ABŞ, İngiltərə və Almaniya rəsmiləri Bəşər Əsədə Türkiyənin İdlibdəki nəzarət məntəqələrinə hücumu dayandırmağa çağırdı. Gülüstan.info xəbər verir...

Prezident İlham Əliyev və Birinci xanım İtaliyaya dövlət səfərinə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gəlib. Romanın «Fiumicino» Bey...

Çavuşoğlu, Suriya Kürd Milli Şurasının heyəti ilə görüşüb

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Suriya Kürd Milli Şurasının heyəti ilə görüşdü. Gulustan.info xarici mediaya istinadən xəbər verir ki, ...