22.04.2019

“Mustafa Kamal Atatürk-2019”Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçiriləcək — Foto

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 3-dək ölkəmizdə “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimdə iştirak etmək üçün Azərbaycana gələn Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır.

Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcək.

Təlimə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.

Mənbə azertag.az


Digər xəbərlər


Aydın Mirzəzadənin lider olduğu Dairənin 3 məntəqəsi ləğv edildi

Mərkəzi Seçki Komissiyası 47 saylı Mingəçevir şəhər seçki dairəsi ilə bağlı bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib. Gülüstan.info xəbə...

BMT Təhlükəsizlik Şurasından Bəşər Əsədə çağırış

ABŞ, İngiltərə və Almaniya rəsmiləri Bəşər Əsədə Türkiyənin İdlibdəki nəzarət məntəqələrinə hücumu dayandırmağa çağırdı. Gülüstan.info xəbər verir...

Prezident İlham Əliyev və Birinci xanım İtaliyaya dövlət səfərinə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gəlib. Romanın «Fiumicino» Bey...

Çavuşoğlu, Suriya Kürd Milli Şurasının heyəti ilə görüşüb

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Suriya Kürd Milli Şurasının heyəti ilə görüşdü. Gulustan.info xarici mediaya istinadən xəbər verir ki, ...