03.04.2019

Ölkədə kartof-soğan qiymətləri kəskin artacaq — İran QADAĞA qoydu

«Qonşu İran sabahdan kartof-soğan ixracına qadağa qoyacaq».

Bunu kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyib. Ekspert bildirib ki, İran il ərzində Azərbaycanın kənd təsərrüfatı bazarını formalaşdıran əsas ölkələrdən biridir.

“İl ərzindən bu ölkədən Azərbaycana 50 min ton kartof idxal olunur. Azərbaycanın soğan bazarının formalaşmasında İran rol oynamır, digər məhsullar üzrə dominantlıq edir. İlkin yaz dövründə İranın belə bir qərara verməsi, qiymətlərə ciddi təsir göstərməyəcək. Ona görə ki, artıq faraş soğan və kartofun çıxmasına az qalıb. Təxminən iki həftə sonra bu məhsulların istehsalı başlayacaq. Bu, ilk növbədə qiymətlərin sabitləşməsinə təsir göstərəcək. Digər tərəfdən, iki həftə ərzindən İrandan Azərbaycana nə kartofun, nə də soğanın gəlməsinə inanıram. Çünki ölkədə kifayət qədər rezervlər var idi”. 

N.Nəsirli qeyd edib ki, İran qadağanı ilin sonuna qədər qüvvədə saxlayarsa, Azərbaycan bunun təsirini payız-qış mövsümündə hiss edəcək. 

“İnanmıram ki, İran sözügedən qadağanı uzunmüddətli etsin. Çünki İran embarqoda yaşayan ölkədir, həm də böyük həcmdə istehsalı var. Əgər İran qadağanı daimi olaraq saxlasa, təbii ki, biz bunun təsirini daha çox kartofda hiss edəcəyik. Ola bilsin ki, ilin sonuna doğru, əsasən də payızlıq soğan, kartof istehsalı vaxtı İran bu qadağanı aradan qaldırsın. İranın aidiyyatı qurumları etiraf edirlər ki, bu il onlarda da iqlim amilləri kifayət qədər əlverişsiz olub. Bu da məhsuldarlığın aşağı düşməsinə təsir göstərib. Faraş kartof və soğanın çıxdığı bir dövrdə təbii ki, daxili bazarı qorumağa çalışırlar. Son illər baş verən təbii fəlakətlər və əlverişsiz iqlim şəraiti ümumi istehsalda geriləmələrin olduğunu deməyə əsas verir. İran daha çox embarqoda yaşayan bir ölkədir, daxili bazarı və tələbatı ödəməyə çalışır. Bu embarqoya səbəb olan ən ciddi amil, İranın ərzaqla bağlı öz təminatını 100 faiz həcmdə təmin etməsi ilə bağlıdır. Bu isə daxili bazarın qorunma intervensiyası baxımından çox normalıdır”. 

Mənbə Azvision


Digər xəbərlər


Azərbaycan və Çin kənd təsərrüfatı texnikası üzrə müəssisələr yaradacaq

Azərbaycan və Çin yaxın perspektivdə birgə müəssisələrin yaradılması imkanlarını nəzərdən keçirir. Bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib...

Azərbaycanlıların yaratdığı layihə Rusiya iş dünyasının marağına səbəb olub

Rusiyanın ən iri banklarından olan Sberbankın startaplar üçün keçirdiyi akseleratorun qalibləri içərisində həmyerlilərimizin yaratdığı son dərəcə mar...

Avstriyadan böyük qadağa! Avropa İttifaqı və Merkosur dövlətləri arasında ticarət sazişinə veto qoydu

Sentyabrın 19-da Avstriya Parlamentinin Aİ üzrə alt komissiyasında qəbul edilmiş qərar həm ölkə, həm də xarici mətbuatda böyük əks-sədaya səbəb olub....

Huawei şirkəti Google servislərinin yerinə nəyi tətbiq edəcək?

Baş tutmuş 2 saatlıq təqdimatdan sonra Huawei şirkəti vacib məlumatı səsləndirdi. Belə ki, yeni smartfonlar Google servislərini əldə etməyəcəklər. La...