07.04.2019

Pakistan bu tarixdə Hindistana hücum edəcək?

Pakistan xarici işlər naziri Şah Mehmud Kureşi Hindistanın 16-20 aprel tarixlərinə ölkəsinə hücuma hazırlaşdığını bəyan edib.

M. Kureşi bunu “Geo TV” telekanalına müsahibəsində bildirib. Pakistan xarici işlər naziri Hindistanın hücum hazırlığı barədə etibarlı kəşfiyyat məlumatına malik olduqlarını, baş nazir İmran Xanın rəhbərliyi ilə keçirilən hökumətin iclasında bunu açıqlamaq qərarına gəldiklərini söyləyib. Məqsəd Pakistan xalqını və beynəlxalq ictimaiyyəti Hindistanın niyyəti barədə məlumatlandırmaqdır:

“Biz susmamalıyıq, əks təqdirdə Cənubi Asiyada sülh və təhlükəsizlik təhlükə altında qalacaq”.

Qeyd edək ki, fevralın 14-də Hindistanın Cammu ştatında və Kəşmirin Dehlinin nəzarətində olan hissəsində hərbi polisə hücum olub.45 nəfərin öldüyü hücuma görə məsuliyyəti Pakistanda yerləşən “Caiş-e-Məhəmməd” silahlı qruplaşma öz üzərinə götürüb. Bundan sonra Hindistan Pakistanı terrorizmə dəstək verməkdə ittiham edib, Pakistan isə bunu əsassız sayıb. Bundan sonra fevralın 26-da Hindistan Hərbi Hava Qüvvələri Kəşmirin Pakistanın nəzarətində olan hissəsinə zərbə endirib. Növbəti gün Pakistan Hərbi Hava Qüvvələri anoloji addım atıb. Tərəflər bir-birinin hərbi təyyarələrini vurduqlarını da açıqlayıblar. Pakistan ordusu vurulan Hindistan hərbi təyyarəsinin sağ qalmış pilotunu martın 1-də Hindistan tərəfinə təhvil verib.

Mənbə musavat.az


Digər xəbərlər


Netanyahu İrana qarşı daha sərt sanksiyalar istədi

İsrailin baş naziri Benyamin Netanyahu Amerika prezidenti Donald Trampın İrana qarşı yeni kəskin sanksiyaların qəbul ediləcəyilə bağlı səsləndirdiyi ...

Putin Paşinyanın ikitərəfli görüş təklifini rədd etdi

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edib. «168 JAM» qəzetinə istin...

İranla bağlı son 48 saat! ABŞ yeni qərar verəcək

ABŞ İrana qarşı yeni sanksiyalarını 48 saat ərzində elan edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Biz İrana qarşı hansısa sanksiyalar t...

Ermənistanda bərqərar olan Nikol Paşinyan hökuməti dağılır

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistandakı vəziyyəti şərh edərkən bildirib. O xatırladıb ki, bu həftə Ermənista...