10.04.2019

Prezidentin göstərişi ilə FHN İrana 950 min manatlıq humanitar yardım göndərdi — FOTOLAR

İran İslam Respublikasında aramsız yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) aprelin 10-da Azərbaycan Hökuməti adından bu ölkəyə humanitar yardım göndərib.

Aprelin 10-da FHN-in ayırdığı humanitar yardım Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayından İrana yola salınıb.

Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə jurnalistlərə bildirib ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, «Katerpiller», «Komatsu» markalı iki ədəd ekskavator daxildir.

Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

Mənbə AZƏRTAC


Digər xəbərlər


Ərdoğan: “Suriyada geri addım atmayacağıq”

“İdlibdə baş verən humanitar böhranın qarşısını almaq üçün fəaliyyətimizi aktiv formada davam etdirəcəyik. Əsas tələbimiz hücumların dayandırılmasıdı...

İlham Əliyev Ərdoğana zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dö...

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib YENİLƏNƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin...

İlham Əliyev Xocalı abidəsini ziyarət edib- Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsini ziyarət edib. Gulust...