12.04.2019

Qənirə Paşayeva Türk dünyasına səsləndi — Qondarma erməni soyqırımı ilə bağlı susmamağa çağırdı

Fransa Prezidenti Emmanuel Makronun 24 apreli qondarma erməni soyqırımı «qurbanlarının» xatirə günü elan etməsini qınayırıq. Bu sözləri millət vəkili Qənirə Paşayeva deyib. O, sosial şəbəkə istifadəçilərini bu məsələdə fəal olmağa çağırıb: «Gənclərimiz, fəallarımızın bu qərara etirazlarını Makronun sosial media hesablarına fransız və ingilis dillərində göndərməsi və paylaşması lazımdır. Bu çox ciddi məsələdir və fəal olmaq vacibdir».

Paşayeva Fransanın bir daha Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytrallığına kölgə saldığını bildirib: «Qondarma soyqırım haqda qərar qəbul edib, heç zaman Xocalı ilə bağlı danışmayan Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli bir mövqe göstərə bilməz».

Millət vəkili deyib ki, özəlliklə sosial mediada çox təcrübəli olan insanlarımız etirazımızı sosial media üzərindən Fransa rəhbərliyinə çatdırma məsələsində effektli yolları sosial şəbəkələr üzərindən gənclərlə bölüşsünlər:

«Qardaş Türkiyə və türk dünyası gəncliyini, Fransada yaşayan türk kökənli insanları da etiraz səslərini sosial şəbəkələrdən Fransa rəhbərliyi və ictimaiyyətinə çatdırmaqda fəal olmağa çağırırıq. Hər kəs bu qərarı millət olaraq nə qədər qınadığımızı, etiraz etdiyimizi və gerçəkləri daim yaymaqda israrlı olduğumuzu və olacağımızı görməlidir».

Mənbə musavat.az


Digər xəbərlər


125 deputat yerinə neçə namizəd var? - MSK-dan rəsmi açıqlama

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib. ...

Liviyanın Suriyaya dönməməsi üçün hərəkət etməliyik - Angela Merkel

«Liviyanın Suriyaya dönməsinə icazə verməməliyik» Gülüstan.info xəbər verir ki, bu fikiri Davosda Dünya İqtisadi Forumunda çıxış edən Al...

Azərbaycandan ermənilərə cavab - "Ermənistan XİN-i öz tarixinə diqqət yetirməlidir"

Ermənistanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı apardığı uydurma propaqandaya, bu kimi fəaliyyəti ilə Ermənistan tərəfi Azərbaycanın dinc əhali...

Mərkəzi Seçki Komissiyası sədrindən partiyalara MÜRACİƏT

“Seçki Məcəlləsinə azı 10 gün qalmış səsvermə bülletenləri hazırlanmalıdır. Biz yaxın bir neçə gün ərzində bu prosesə başlayacağıq”. Gülüstan.info...