09.04.2019

Qazaxıstan Azərbaycan nümunəsindən istifadə etdi

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev strateji qərar verdi

Bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilməsi ilə bağlı danışarkən deyib. O, növbədənkənar prezident seçkilərinin keçirilməsinin yerində atılmış addım olduğunu bildirib:

“Qazaxıstanda növbədənkənar prezident seçkisi bu ilin iyun ayında keçiriləcək. Halbuki seçki gələn il keçirilməli idi. Nazarbayev Azərbaycan prezidentinin ötənilki gedişini təkrarladı. Qazaxıstan çox mürəkkəb bir bölgədə yerləşir. Buna görə də düşünürəm ki, strateji baxımdan doğru qərar verilib. Bununla Nazarbayev daxildən və xaricdən seçkiyə bu və ya digər dərəcədə təsiri planlaşdıran mərkəzlərin planlarını pozdu. Əgər buna qədər «Nazarbayev gələnilki prezident seçkisində kimə üstünlük verəcək?» sualına müxtəlif cavablar var idisə, erkən seçkilərdə hakimiyyətin namizədinin hazırki dövlət başçısı vəzifəsini icra edən Qasım-Jomart Tokayevin olacağı ehtimalı yüksəldi. Başqa namizədlərin olması hakimiyyət üzərində qovğanı gücləndirə bilərdi”.

Qeyd edək ki, Nazarbayevin istefasından sonra prezident kimi and içən Qasım Jomart Tokayev, ölkə Konstitusiyasına görə, sələfinin prezidentlik müddətini başa vurmalı idi. Buna baxmayaraq, Tokayev iyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkisi təyin etdi.

Mənbə axar.az


Digər xəbərlər


Rusiya ilə Türkiyə İdlib məsələsini müzakirə edəcək

Rusiya İdlib problemi üçün Türkiyə ilə yeni müzakirlərə başlayacaq. Gülüstan.info xəbər verir ki, bu bardə Rusiya Xarici işlər naziri Sergey Lavro...

"Məntəqə seçki komissiyalarının üzvləri cəzalandırılmalıdır" - Məzahir Pənahov

“Bülletenləri korlayan məntəqə seçki komissiyalarının üzvləri cəzalandırılmalıdır. Onlar barəsində çox ciddi ölçü götürülməldir”. Gülüstan.info xə...

Dövlət Mükafatları Komissiyasının sədri Əli Əsədov oldu

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibini...

Əli Əhmədov: İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək

“2020-ci ilin ilk ayları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət sahəsində zəngin fəaliyyəti ilə tarixə düşdü. Yanvar ayı...