03.04.2019

Turistlər Azərbaycanda 2 milyard dollardan çox pul xərcləyiblər

«Ötən il Azərbaycana gələn turistlər 2 milyard dollar çox vəsait xərcləyiblər».

Bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib. K.Quluzadə deyib ki, ötən il Azərbaycana gələn qonaqların sayı 2 milyon 800 mindən çox olub.

Agentlik rəsmisinin sözlərinə görə, bu il Azərbaycana gələn qonaqların sayı 360 min nəfərdən çox olub: «Daha çox Rusiya və Gürcüstandan turist gəlib. Bundan əlavə, son illərdə Yaxın Şərq ölkələrindən gələn turistlərin sayında böyük artım var. Bu ilin son iki ayının nəticələrinə əsasən, Cənubi Asiya bölgəsindən gələnlərin sayında böyük sıçrayış var. Bu ilin son iki ayının nəticələrinə əsasən demək olar ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 faiz artım var. Mərkəzi Asiya bölgəsi üzrə 30 faiz artım qeydə alınıb. Ümumilikdə isə Azərbaycanda 15 turizm bazarı üzrə turistlərin sayında artım hiss olunur».

K.Quluzadə qeyd edib ki, əsas məqsəd 2023-cü ilədək Azərbaycana gələn turistlərin sayını 2 dəfə artırmaqdır. Qeyd edilir ki, yaxın zamanlarda 20-yə yaxın beynəlxalq sərgidə Azərbaycanın turizm potensialı təmsil olunacaq.

Mənbə trend.az


Digər xəbərlər


Sabahkı manatın məzənnəsi

Yanvarın 24-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 24.01.2020-ci il tarixindən etibarən rəsmi məz...

Tibb işçilərinin əməkhaqqıları artırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışa...

Bakıda ən bahalı mənzillər hansı ərazilərdə satılır?

“Hazırda mənzil bazarında durğunluq müşahidə edilir”. Bunu açıqlamasında daşınmaz əmlak üzrə ekspert, “Property» Qiymətləndirmə şirkətinin di...

Azərbaycanda korrupsiya azalıb - HESABAT

“Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2019-cu il üçün Korrupsiya Qavrama İndeksini (2019 KQİ) təqdi...