16.04.2019

Türkiyə S-400 komplekslərini müvəqqəti olaraq Azərbaycanda yerləşdirə bilər

Türkiyə Rusiya istehsallı S-400 zenit-raket komplekslərini müvəqqəti olaraq Azərbaycanda saxlaya bilər.

Bu barədə Türkiyə mətbuatına istinadən məlumat verilir.

Həmçinin S-440 komplekslərinin müvəqqəti saxlamaq üçün Qətərə göndəriləcəyi istisna olunmur.

KİV yazır ki, Türkiyə hakimiyyətinin hansı ölkəni seçəcəyi hələ müəyyənləşməyib. Rəsmi Ankara bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini (ZRK) almazdan əvvəl hərbçilərinin müvafiq kurs keçməsini təşkil etmək istədiyi bildirilirdi. Bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir.

Mənbə trend.az


Digər xəbərlər


İranla bağlı son 48 saat! ABŞ yeni qərar verəcək

ABŞ İrana qarşı yeni sanksiyalarını 48 saat ərzində elan edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Biz İrana qarşı hansısa sanksiyalar t...

Ermənistanda bərqərar olan Nikol Paşinyan hökuməti dağılır

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistandakı vəziyyəti şərh edərkən bildirib. O xatırladıb ki, bu həftə Ermənista...

BMT-nin Baş Assambleyasının yeni sədrindən bəşəriyyətin gələcəyi ilə bağlı ÇAĞIRIŞ!

BMT-nin Baş Məclisi müntəzəm olaraq, 74-cü sessiyasını Nyu Yorkdakı qərargahında keçirib. BMT-nin Baş Məclisinin sədri Tijani Muhammad-Bande plena...

Yerevanda aksiya başlanıb - "Qələbə! Robert Koçaryanı ittiham etdilər!"

Daha əvvəl Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdə saxlanılmasına dair qərar qəbul edib Yerevanda bir qrup şəxs ş...