06.04.2019

«Uçan taksi» sınaqdan uğurla keçib və kütləvi istehsalına başlanılacaq

Avstriyanın paytaxtı Vyanada «uçan taksi» uğurla sınaqdan keçirilib.

“EHang 216” adlandırılmış innovativ nəqliyyat vasitəsi Avstriya-Çin şirkəti “FACC” və Çinin “EHang” pilotsuz təyyarələr istehsalçısı tərəfindən birgə hazırlanıb.

Sınaqlar zamanı «uçan taksi» Avstriyanın “Generali Arena” stadionu üzərində havaya qalxıb, sonra yerə enib. İstehsalçıların sözlərinə görə, nəqliyyat vasitəsi bütün sınaqlardan keçib və kütləvi istehsala hazırdır.

Görünüşcə sərnişinlər üçün kabinəyə malik böyük dronu xatırladan «uçan taksi»nin çəkisi 340 kiloqramdır. Saatda 150 kilometrədək sürət toplaya bilən nəqliyyat vasitəsi 2 sərnişini daşımaq imkanına malikdir.

Gözləntilərə görə, gələcəkdə belə taksilər sərnişinləri qısa məsafələrə daşıya, həmçinin sənaye və tibbi avadanlıqları çatdıra biləcəklər.

Mənbə AZƏRTAC


Digər xəbərlər


Manatın sabaha məzənnəsi

Fevralın 26-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 26.02.2020-ci il tarixindən etibarən rəsmi məz...

Mütəxəssislər Tesla avtomobillərində səhv tapdı - Şirkət adekvat addım atmayacaq

«McAfee» şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri Tesla elektrikli nəqliyyat vasitələrinin avtopilotunu sındırmağa (kənardan ...

Azərbaycanda qızıl və gümüş bahalaşmaqda davam edir

Azərbaycanda qızıl və gümüş bahalaşıb. Gülüstan.info xəbər verir ki, fevralın 24-də qızılın qiyməti fevralın 21-i ilə müqayisədə 61,8375 manat art...

Koronavirusdan "Samsung"a zərbə - Fabriklər bağlanır

«Samsung»un Cənubi Koreyadakı bir fabrikində işçilərdə koronavirus aşkar edilib və şirkət həmin fabriki bağlayıb. Gülüstan.info xəbər ve...