17.04.2019

Xarici İşlər Nazirliyi “Twitter” sosial şəbəkəsində yeni hesab yaradıb

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan istənilən fəaliyyət Xarici İşlər Nazirliyinin və ölkəmizin diplomatik nümayəndəliklərinin daima diqqət mərkəzindədir. Bu kimi fəaliyyətlər tərəfimizdən daim izlənilir və sözügedən fəaliyyətin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bu xüsusda, Nazirlik tərəfindən “Twitter” sosial şəbəkəsində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində aparılan qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərə dair məlumatı əks etdirən “Armenian Occupation Watch” ( https://twitter.com/ArmenOccupWatch ) adlı hesab yaradılıb.

Sözügedən “Twitter” hesabında bir sıra xarici dövlətlərdə qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin ölkəmizin işğal edilmiş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətə cəlb olunması ilə bağlı məlumatlar, faktlar və foto şəkillər yerləşdirilir.

Paylaşılan məlumatlarda xarici fiziki və hüquqi şəxslər tərəfindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünün pozulması halları, xüsusilə işğal olunmuş ərazilərdə birbaşa və ya dolayısı ilə qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi diqqətə çatdırılır və bu fəaliyyətə son qoyulmasına çağırış əks olunur.

Mənbə trend.az


Digər xəbərlər


İranla bağlı son 48 saat! ABŞ yeni qərar verəcək

ABŞ İrana qarşı yeni sanksiyalarını 48 saat ərzində elan edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Biz İrana qarşı hansısa sanksiyalar t...

Ermənistanda bərqərar olan Nikol Paşinyan hökuməti dağılır

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistandakı vəziyyəti şərh edərkən bildirib. O xatırladıb ki, bu həftə Ermənista...

BMT-nin Baş Assambleyasının yeni sədrindən bəşəriyyətin gələcəyi ilə bağlı ÇAĞIRIŞ!

BMT-nin Baş Məclisi müntəzəm olaraq, 74-cü sessiyasını Nyu Yorkdakı qərargahında keçirib. BMT-nin Baş Məclisinin sədri Tijani Muhammad-Bande plena...

Yerevanda aksiya başlanıb - "Qələbə! Robert Koçaryanı ittiham etdilər!"

Daha əvvəl Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdə saxlanılmasına dair qərar qəbul edib Yerevanda bir qrup şəxs ş...