15.05.2019

ABŞ səfirliyi azərbaycanlılara ciddi şəkildə xəbərdarlıq etdi: Ehtiyatlı olun!

Saxta elektron poçt və məktubların müəllifləri «GreenCard» proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər

ABŞ-ın Azərbaycandakı səfirliyi 2020-ci il üçün Viza Lotereyası proqramının (GreenCardVisa) ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.

Diplomatik nümayəndəliyin məlumatına əsasən xəbər verilir ki, bu cür saxta elektron poçt və məktubların müəllifləri «GreenCard» proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.

«Bundan əlavə, yerli viza təşkilatları Viza Lotereyasına daxil etmək məqsədi ilə Sizdən şəxsi məlumatları almaq üçün müraciət edə bilər. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli «GreenCard» təşkilatı ilə çalışmır və ya dəstək göstərmir» — səfirliyin bəyanatında deyilir.

Diplomatik nümayəndəlikdən bildirilib ki, ərizəçilər bu cür fırıldaqçılıq əməlinin qurbanı olduğunu hesab edirlərsə və yaxud fırıldaq məqsədi ilə onlara müraciət olunubsa, «Facebook» səhifəsi vasitəsilə və yaxud [email protected] elektron poçt ünvanına müraciət etməklə səfirliyə məlumat versinlər.

Bundan başqa, yalnız Dövlət Departamentinin rəsmi saytı (http://www.dvlottery.state.gov) vasitəsilə heç kimə ödəniş etmədən ərizəni yoxlamaq olar.

Mənbə sputnik.az


Digər xəbərlər


“Arsenal” Mxitaryanın şərəfinə oynayacağını söylədi

Mxitaryan ətrafında erməni hay-küyü, eyni zamanda informasiya təbliğatı dayanmır. Erməni mediası alman nəşri Kicker-ə istinadən “Arsenal”ın yarım...

Azərbaycanda növbəti tarixi tapıntı - Oxla vurulmuş insanların sümükləri tapıldı (Foto)

Qəbirlərdə tapılan insan sümüklərinin bəziləri deformasiyaya uğrasa da arxeoloqlar tədqiqat işlərini davam etdirirlər Qazax rayonunda arxeoloji tə...

Prezident “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” sərəncam imzalayıb

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək p...

Azərbaycanla sərhəddə 3 terrorçu zərərsizləşdirilərək öldürüldü

Dağıstanda keçirilən antiterror əməliyyatı nəticəsində 3 terrorçu öldürülüb Bu barədə RİA yazıb. “Qarşıdurma ərazisində avtomat silahlar və sur...