14.05.2019

İran öz pisliklərini örtmək üçün bunu da etdi — Gənclərin problemlərini ört-basdır etmək naminə cavanlıq yaşı artırılır

İran İdman və Gənclər Nazirinin gənclər ilə iş üzrə müavini Məhəmməd Mehdi Tündquyan təmsil etdiyi qurumun ölkədə cavanlıq yaşının artırılması ilə bağlı dövlətə təklif irəli sürdüyünü deyib

Onun sözlərinə görə, bu təklifdə hazırda 15-29 yaşlarında olan gəncləri əhatə edən cavanlıq yaşının 18-35 yaş arası təyin edilməsi nəzərdə tutulur.

“Praktiki olaraq 15-18 yaş kateqoriyasında olanlara biz qanunla heç bir kömək edə bilmirdik və onlar da buna görə qanuni işlərə daxil ola bilmirdilər. Ölkədə cavanlıq yaşının artırılması ilə bağlı təklif irəli sürməyimizin səbəbi də budur”- deyə Tündquyan əlavə edib.

Digər tərəfdən, ekspertlər onun bu dediklərini rədd edirlər. Onların sözlərinə əsasən, dövlət cavanlıq həddini 18-35 yaş aralığında təyin etməklə, özünə vaxt qazanmağa çalışır. Belə ki, bununla hazırda mövcud olan qanuni cavanlıq yaşındakı gənclərin problemlərini həll etməməklə, dövlət özünün icra etmədiyi vəzifələrinə görə zaman qazanmaq istəyir.

Qeyd etmək lazımdır ki, hicri təqvimlə ötən il İranda 15-29 yaşlı gənclər arasında işsizlik həddi 25.1% olub, hansı ki, ondan öncəki illə müqayisədə müsbətə doğru heç bir dəyişiklik müşahidə edilməyib.

Mənbə gunaz.tv


Digər xəbərlər


İran parlamentində yerdəyişmə nədən xəbər verir? – Politoloqun şərhi

İran Məclisinin 11-ci çağırışının mayın 27-də açılış mərasimi keçirilərək parlamentə yeni sədr seçilib. Bu Məhəmmədbağır Qalibaf olub. İran parlam...

“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edib. “Dövlət satınalmaları haqqında” qanun 36.9-cu maddəsinə aşağıdak...

Çin lideri: Pandemiya bitəndə müharibəyə hazır olmalıyıq

Aylardır dünyanı cənginə alan koronavirus Çin və ABŞ arasındakı gərginliyi də pik həddə çatdırıb. Gulustan.info xəbər verir ki, Çindən gərginliyi ...

Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələrinə və texnikalara baxdı - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsu...