15.05.2019

Paşinyankimilər ondan-bundan oğruladığı ilə dolanır — Şuşada oynadığı yallı belə Azərbaycana aiddir

Ermənistan Baş naziri Nikol Paşinyanın Şuşanın işğalının 27-ci ildönümü münasibətiylə keçirilən tədbirdə oynadığı Yallı Azərbaycanın “Çimənkənd” yallısıdır.

Bu sözləri açıqlamasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli deyib.

O bildirib ki, çox az adamın “Çimənkənd” yallısı haqqında məlumatı var:

“Ermənilər Azərbaycan xalq musiqisini dünyanın hər yerində öz folkloru kimi təqdim edirlər. Əsrin əvvəllərindən, yəni 1920-1927-ci illərdən bizim rəqslərimiz və musiqilərimiz toplanıb. Həmin vaxt ermənilər bizimlə kompakt şəkildə yaşadıqları üçün bu rəqsləri bizdən öyrəniblər. Erməni bəstəkarları öz əsərlərində Azərbaycan musiqilərindən istifadə edib. Hətta internet resurslarında gördüyünüz erməni rəqslərinin hamısı Azərbaycan rəqsləridir. Onlar bu rəqslərimizin adını dəyişərək, hərəsinə bir ad qoyublar. Bəzi rəqslərimiz var ki, ümumiyyətlə, adını belə dəyişməyiblər.

Eləcə də yallılarımızın: “Köçəri”yə onlar da “Köçəri”, “Təmzərə”yə “Tamzara”, “Ver-veri”yə “Ver-veri” deyirlər. Paşinyanın oynadığı yallı Azərbaycanın “Çimənkənd” yallısıdır. İrəvan qəzasında Qarabağlılar rayonu olub, Çimənkənd də o rayonun kəndi olub. 1949-cu ildə həmin Qarabağlılar rayonunun adını dəyişib, Vedibasar qoyublar. Çimənkənd də Vedibasar dediyimiz rayonun tərkibində olub. 1978-ci ildə Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti kəndin adını dəyişdirərək, Urcadzor qoyub.

Yallının əsl adı “Çəmənkənd”dir, amma dialektə uyğun olaraq “Çimənkənd” deyirik. Hətta Paşinyanın həmin rəqs zamanı etdiyi hərəkətlər Göyçə mahalının “Ağbaba”, “Ağbulaq”, “Hacı Nəzər” yallısına aiddir.

“Çimənkənd” yallısının notlarını Ermənistanın (Qərbi Azərbaycan) Pəmbək mahallının Hallavar kəndindən olan tanınmış zurna ifaçısı Musa Məhəmmədoğlu Bayramovdan əldə etmişəm. Yallı iki hissəlidir. Bunun birinci, hissəsi musiqi dilində desək, 4-də 2 ölçüdə, ağır tempdə səslənir və marş xasiyyətlidir. İkinci hissə isə oynaq, 8-də 6 ölçüdədir və rəqs xasiyyətlidir. Ermənilərin oynadığı yallının səslənməsi ilə “Çimənkənd” yallısının səslənməsi arasında həm birinci, həm də ikinci hissəsində fərq var. Bizdə “do” notu Şur ladını göstərən aparıcı ton kimi istifadə olunur. Ermənilər bunu ifa edə bilmir. Yalnız bizdə zurna ifaçıları bu səslənməni əldə edə bilirlər”.

Mənbə musavat.az


Digər xəbərlər


Bakı Bulvarında ilanların olduğu doğrudur?

Bakı Bulvar İdarəsi bulvar ərazisində ilanların olması ilə bağlı məsələyə aydınlıq gətirib.  İdarənin mətbuatı xidmətinin rəhbəri Günay Yelma...

270 tibb işçisi Festival günlərində yarışlar zamanı növbə çəkəcəklər

Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə, müəyyən olunmuş yerlərdə 41 Təcili Tibbi Yar...

Jurnalistlər üçün pulsuz müayinə keçiriləcək

Milli Mətbuatın 144-cü ildönümü ilə bağlı Apifioterapiya Mərkəzi ilə Parlament Jurnalistlər Birliyi birgə layihə həyata keçirəcək. Bu barədə Apifiote...

Azərbaycan futbolu tarixində yeni rekord - 6:0 hesablı qələbə

“Neftçi” komandası Azərbaycanın futbol tarixinə düşüb. “Ağ-qaralar” ölkəmizə 1994-cü ildən çıxış etdiyi avrokuboklarda ən böyük hesablı qələbəsini...