17.05.2019

ABŞ hərbi texnikaları artıq Fars körfəzinə daxil olub

USS McFaul və USS Gonzalez gəmiləri Hörmüz boğazından hər hansı insidentlə və İranın sahil xidməti qüvvələri tərəfindən müdaxilə ilə üzləşmədən keçib

ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus idarə olunan raketlərlə təchiz edilmiş iki hərbi gəmi Birləşmiş Ştatlarla İran arasında münasibətlərin kəskinləşməsi fonunda Fars körfəzinə daxil olub. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

«USS McFaul» və «USS Gonzalez» gəmiləri Hörmüz boğazından hər hansı insidentlə və İranın sahil xidməti qüvvələri tərəfindən müdaxilə ilə üzləşmədən keçib.

Bundan əvvəl İran İslam Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Hüseyn Səlam bəyan etmişdi ki, Tehran ABŞ və müttəfqiləri ilə tammiqyaslı müharibənin astanasındadır. Al Masdar News nəşrinin yazdığına görə, SEPAH komandanı hazırkı vaxtın əleyhdarlarının təzyiqləri səbəbindən İran tarixi üçün həlledici olduğunu bildirib.

Mayın 15-də ABŞ ordusunun İranın aqressiv təhdidləri ucbatından İraqdakı hərbçilərini yüksək səviyyəli hazırlıq vəziyyətinə gətirdiyi bəyan edilib.

Elə həmin gün İran hökuməti nüvə proqramı ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməkdən rəsmən imtina etdiyini açıqlayıb. İndi Tehran uranın zənginləşdirilməsini və onun xaricə satılmasını davam etdirə, həmçinin Ərakda yerləşən ağır su reaktorunun təkmilləşdirilməsini dayandıra bilər. İranın rəhbərliyi bəyan edib ki, əgər digər iştirakçı ölkələr 60 gün müddətində müqavilənin şərtlərinə əməl etməsələr, bu addımları atacaq.

Məlumata görə, İranın bu addımı atmasına səbəb ABŞ-ın nüvə razılığını pozması və İrana qarşı tətbiq etdiyi sanksiyalardır.

Mayın 14-də Yəmən husilərinin pilotsuz uçan aparatları Səudiyyə Ərəbistanının neft infrastrukturuna zərbə endirib. Hücuma hazırlaşan ABŞ və müttəfiqləri buna görə İrandan şübhələnir.

Mayın 13-də Səudiyyə Ərəbistanının Oman körfəzindəki iki neft tankerinin ABŞ-ın İranın kommersiya gəmilərinə hücum təhdidi barədə xəbərdarlığından sonra zədələndiyi barədə məlumat yayılıb. Ekspertlər qrupunun ilkin qənaətinə görə, bu insidentdə də İran hakimiyyətinin əli var.

Mənbə sputnik.az


Digər xəbərlər


Parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədə...

Moldovanın Azərbaycandakı səfiri geri çağırıldı

Moldova hökuməti Xarici İşlər Nazirliyinin Baş katibi Yevgeni Revenko tərəfindən təqdim olunan və bir neçə səfirin geri çağırılmasını nəzərdə tutan q...

ABŞ İrana qarşı müqaviməti artırır - 14 min əsgər İrana yola salınır

ABŞ Prezident Administrasiyası Yaxın Şərqdə İrana müqavimət üçün öz hərbi mövcudluğunu artırmaq imkanlarını nəzərdən keçirir. Bu məlumatı “Vol Str...

Deputat icra başçısı təyin edildi - 3 SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əhməd Muxtarovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərə...