04.05.2019

ABŞ-ın sanksiyası İranı batırır — Qiymətlər 51% qalxdı

ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi sanksiyalar fonunda İranda inflyasiya tempi sürətlə artır.“ROSBALT” xəbər verir ki, “TradingEconomics” məlumatına görə, aprel ayında ölkədə  ötən illə müqayisədə istehlak qiymətləri 51,4 faiz artıb.

Həmçinin, martla müqayisədə inflyasiya səviyyəsinin 3,9 faiz qalxdığı bildirilir. Bu 1995-ci ilin dekabr ayından bəri İran üçün rekord göstərici sayılır.Ən yüksək qiymət artımı ərzaq məhsullarının satışında müşahidə olunur (84 faiz). Geyim, ayaqqabı və nəqliyyat xidmətləri isə 50 faizdən çox bahalaşıb.Son dörd ay ərzində Rialın məzənnəsi qara bazarda 17% faiz dəyərini itirib.

Neft ixracat həcmlərinin aşağı düşməsi fonunda devalvasiya davam edir. İran ötən il günə, 2.3 milyon barel neft ixrac etdiyi halda,  aprel ayında günə 1 milyon bareldən az  neft ixrac edib. ABŞ hökumətinin bəyanatlarına əsasən, ABŞ sanksiyaları nəticəsində İran 10 milyarda yaxın gəlirlərindən məhrum olub.

Mənbə musavat.az


Digər xəbərlər


Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Almaniya Federativ Respublikası Bundestaqının nümayəndə heyətini qəbul edib. ...

"Baku Fashion Expo 2019"un ilk mövsümü Bakıda baş tutacaq

Tezliklə ölkənin ən müasir moda layihəsi olan «Baku Fashion Expo 2019″un ilk mövsümü Bakıda baş tutacaq. Layihə bütün iştirakçılara azad f...

Koroğluda güclü qəza hərəkəti iflic etdi - FOTO

Bu gün Koroğlu metrosunun yaxınlığında yerləşən körpünün altında baş vermiş güclü qəza ilə bağlı yolda tıxac yaranıb. Gülüstan.info saytının müxbirin...

"Tesla" şirkəti yeniliklərə davam edir - Taksi servisi və yeni avtopilot sistemi

22 aprel tarixində «Tesla» şirkətinin Palo-Alto şəhərindəki baş ofisində «Tesla Autonomy Investor Day» adlı tədbir keçirilib. Hə...