15.05.2019

“Almaz” pyesi yenidən səhnədə

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşalardan olan yazıçı-dramaturq Cəfər Cabbarlının “Almaz” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa növbəti dəfə mayın 30-da nümayiş olunacaq.

İkihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.

Səhnə əsərinin müəllifi Xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Xalq Artisti Siyavuş Kərimidir. Tamaşada Almaz rolunu Əməkdar artist Məsmə Aslanqızı canlandıracaq.

Digər rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Əməkdar artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Aslan Şirin, Əli Nur, Əjdər Həmidov, Ayşad Məmmədov, Elşən Cəbrayılov, aktyorlar Rada Nəsibova, Mətləb Abdullayev, Vüsal Məmmədov və Ənvər Məmmədli ifa edəcək.

Qeyd edək ki, C. Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib.

Mənbə azertag.az


Digər xəbərlər


Niyə görə tarixi məkanlarda şəkil çəkməyə icazə verilmir?

Son bir neçə ildə Azərbaycana gələn turistlərin sayı xeyli artıb. Onlar paytaxt Bakı və digər şəhərlərdə tarixi məkanlara səyahət etməyə, tarixi abid...

Bakıda yerləşən dünyadakı ən gözəl məbədlərdən biri niyə partladıldı? - Foto

Əgər Bakıdakı Aleksandr Nevski kafedralı dağıdılmasaydı, bu gün dünyanın hər yerindən milyonlarla insan İstanbuldakı Aya Sofya məbədini deyil, məhz p...

Tarixi abidənin bərpa işlərinə start verilib

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid “Çıraqqala” abidəsində bərpa işlərinə başlanılıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qo...

Ermənilər yenə oğruladılar - Bu dəfə Rəşid Behbudov

Dünən – iyulun 14-də Monteneqronun Hersoqov şəhərində keçirilən beynəlxalq xalq rəqsləri və mahnıları festivalında azərbaycanlılarla ermənilərin qarş...