20.05.2019

Androiddən möhtəşəm yenilik — Reallaşdırılması qeyri-mümkün olan funksiya gəlir

Android 10 (Android Q) əməliyyat sistemi hələ beta mərhələsindədir və o, yay fəslinin sonunda işıq üzü görəcək. Lakin buna baxmayaraq Google şirkəti artıq Android 10-dan sonra olacaq versiya üzərində düşünür. Belə ki, heç gözlənilmədən şirkətin Android şöbəsinin vitse-prezidenti Dave Burke, Android R əməliyyat sisteminin hazırlanmasını təsdiqləmək ilə birlikdə həmçinin onda olacaq yeni funksiya barəsində məlumat da verdi.

Daha əvvəllər həmin funksiyanın reallaşdırılması qeyri-mümkün hesab edilirdi. Bu barədə 9to5google.comsaytına istinadən 4pda saytı xəbər verib. Keçən ilin iyun ayında istifadəçilər Google şirkətinə müraciət edərək Android əməliyyat sisteminə uzun screenshotların yaradılması funksiyasının əlavə olunmasını xahiş etmişdilər. Qeyd etmək lazımdır ki, bu funksiya bir çox istehsalçıların cihazlarında mövcuddur. Lakin Pixel smartfon modellərində bu funksiyaya rast gəlmək olmaz.

İstifadəçilərin bu xahişi nəticədə şirkət tərtibatçılarına ötürüldü. Bir neçə aydan sonra isə şirkət rəsmi olaraq bildirdi ki, bu cür funksiyanı reallaşdırmaq qeyri mümkündür. Bu ay keçirilmiş Google I/O 2019 konfransında isə Dave Burke bildirdi ki, sözügedən funksiyanın reallaşdırılması mümkündür. İndi isə o, həmin funksiyanın Android R əməliyyat sistemində olacağını təsdiqləyib. “Biz, uzun screenshotlar funksiyasını Android R-in yeniliklər siyahısına daxil etdik və ümid edirik ki, həmin əməliyyat sistemində onu reallaşdıra biləcəyik” — deyə Dave Burke qeyd edib.

Mənbə technote.az


Digər xəbərlər


Azərbaycan neftinin yeni qiyməti

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb. Gülüstan.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,04 ABŞ dolla...

Viktoriya Sekret" markası satılır

Dünyaca məşhur qadın alt paltarı markası «Viktoriya Sekret»in hissələrinin böyük faizi satışa çıxarılıb. Gülüstan.info- xəbər verir ki, ...

Manatın sabaha məzənnəsi

Fevralın 20-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Gülüstan.info-ya verilən məlumata görə, 20.02.2020-ci il tarixindən etibarən rəsmi məz...

Bəzi içkilərin aksiz dərəcəsi artırıldı, çaxırınkı isə azaldıldı- SİYAHI

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” ...