17.05.2019

«Arsenal» erməni futbolçunu final maçından uzaqlaşdırdı — Bakıya gəlməyəcək

İngiltərənin «Arsenal» klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryan Avropa Liqasının Bakıda «Çelsi»yə qarşı keçiriləcək final matçında iştirak etməyəcək.

Bu barədə «The Times» nəşri yazıb.

Mənbənin məlumatına görə, «topçular» mövsümün həlledici oyununda 30 yaşlı xavbekə bel bağlamayacaq və onu «təhlükəsizlik» səbəbindən Londonda saxlayacaqlar. Klub rəhbərliyi hesab edir ki, guya erməni futbolçunun Azərbaycana mümkün gəlişi ilə bağlı yaranan ab-hava, final matçı öncəsi komandaya mənfi təsir göstərə bilər.

Daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Mxitaryan Ermənistanla münasibətlərdə olan gərginliyə baxmayaraq, Avropa Liqasının finalında tam təhlükəsiz şəraitdə iştirak edə bilər.

Həmçinin Gənclər və İdman Nazirliyi İngiltərənin «Arsenal» klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.

Mənbə report.az


Digər xəbərlər


“Arsenal” Mxitaryanın şərəfinə oynayacağını söylədi

Mxitaryan ətrafında erməni hay-küyü, eyni zamanda informasiya təbliğatı dayanmır. Erməni mediası alman nəşri Kicker-ə istinadən “Arsenal”ın yarım...

Azərbaycanda növbəti tarixi tapıntı - Oxla vurulmuş insanların sümükləri tapıldı (Foto)

Qəbirlərdə tapılan insan sümüklərinin bəziləri deformasiyaya uğrasa da arxeoloqlar tədqiqat işlərini davam etdirirlər Qazax rayonunda arxeoloji tə...

Prezident “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” sərəncam imzalayıb

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək p...

Azərbaycanla sərhəddə 3 terrorçu zərərsizləşdirilərək öldürüldü

Dağıstanda keçirilən antiterror əməliyyatı nəticəsində 3 terrorçu öldürülüb Bu barədə RİA yazıb. “Qarşıdurma ərazisində avtomat silahlar və sur...