25.05.2019

“Arsenal” Mxitaryanı satmaq istəyir

Henrix Mxitaryan Premyer Liqada çıxış etməyə başladığı 2016-cı ildən bəri yaxşı oyun ortaya qoya bilmir. Üç il əvvəl “Borussiya Dortmund”dan “Mançester Yunayted” klubuna transfer edilən erməni yarımmüdafiəçi burada ümidləri doğrultmadığından ötən il “Arsenal”a satılıb.

Bu fikirlər “football-news24.com” saytında dərc olunan məqalədə yer alıb.

İngiltərənin “The Sun” nəşrinin xəbərinə istinad olunduğu məqalədə vurğulanıb ki, H.Mxitaryan “Arsenal”da çıxış etdiyi 2018-ci ilin yanvarından ümidləri doğrulda bilməyib. Buna görə də “Arsenal” klubu yay transfer pəncərəsində Henrix Mxitaryanı satmağa hazırlaşır. Futbolçu komandadan getmək barədə razılıq verərsə, klub onu satmağa hazırdır.

Məqalədə xüsusi qeyd edilib ki, 30 yaşlı futbolçu “Borussiya Dortmund”un heyətində çıxış etdiyi illərdəki səviyyəsinə bir daha çata bilməyəcək.

Mənbə azertag.az


Digər xəbərlər


Həyat Tərzini Dəyiş - Təlim proqramı

Advanced Education və AIESEC birgə təlim proqramı keçirir. “Change Your Lifestyle – Həyat Tərzini Dəyiş” təlim proqramı, beynəlxalq təlimçilər tərəfi...

Polisdən dilənçilərlə bağlı xəbərdarlıq

Bakı şəhər Baş Polis İdarəsi əhaliyə dilənçilərlə bağlı xəbərdarlıq edib. Məlumatda deyilir: «Paytaxtda dilənçilik həyat tərzi keçirən qadını...

İrana işləyən hərbi tərcüməçi ifşa edilib

Almaniyada hərbi tərcüməçiyə İrana işləməklə bağlı ittiham irəli sürülüb. Xarici mediaya istinadən xəbər verir ki, Almaniya Federal prokurorluğu...

Elon Mask-dan şok TƏKLİF

Marsa nüvə zərbəsinin endirilməsi bu planeti insanların yaşaması üçün əlverişli hala gətirər. Bu sözləri “Speys X” şirkətinin yaradıcısı Elon Mask...