17.05.2019

Azərbaycana giriş-çıxış qaydaları dəyişir

Azərbaycanda çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün rüsum yeni qaydada tətbiq olunacaq

Azərbaycanda xarici ölkə vətəndaşlarına çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum yeni qaydada tətbiq olunacaq. Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyə baxılıb.

Dəyişikliyə əsasən, qanuna 17.8-ci maddə əlavə edilib. Həmin əlavəyə görə, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir.

Qeyd edək ki, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları məbləğində müəyyən edilib. Miqrasiya Məcəlləsinə görə, çoxdəfəlik viza əsasında giriş-çıxış müddəti 2 ilədək (“ASAN Viza” sistemi vasitəsilə elektron qaydada verilən çoxdəfəlik vizada isə 90 günədək) müəyyən edilib.

Bildirilib ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği müəyyən edilən məbləğdən (350 ABŞ dolları) fərqli (az və ya çox) ola bilər. Təklif olunan qanun layihəsinə görə, belə fərq olduqda çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq edilən rüsumun səviyyəsində müəyyən ediləcək.

Dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Mənbə sputnik.az


Digər xəbərlər


Neftçilər metrosu ətrafındakı tıxac nə zaman bitəcək?

Vaqif Əsədov: “Sürücülər yol hərəkətində şəxsi mənafelərini üstün tutmamalıdırlar. Yol hərəkəti iştirakçıları öz məsuliyyətlərini dərk etmək istəmirl...

Metropoliten xəttə əlavə 4 qatar buraxacaq

Sentyabrın 16-da ölkədə yeni tədris ilinin başlaması ilə bağlı «Bakı Metropoliteni» QSC yeni iş qrafikinə keçir. Bu barədə Trend-ə açıql...

Quba və Şabranda yanğın hələ də davam edir (Foto + Video)

Şabran və Quba rayonları sərhədindəki kolluq ərazilərdə başlayan yanğın davam edir. Yanğının söndürülməsi üçün cəlb olunan Fövqaladə Hallar Nazirl...

Suriya Türkiyəyə aid hərbi texnikanı vurdu - Ölənlər və yaralılar var

Hücum nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Məlumatı agentliyə kimin verdiyi açıqlanmır. Suriyanın hərbi hava qüvvələri İdlib vilayətində ...