24.05.2019

Azərbaycanda növbəti tarixi tapıntı — Oxla vurulmuş insanların sümükləri tapıldı (Foto)

Qəbirlərdə tapılan insan sümüklərinin bəziləri deformasiyaya uğrasa da arxeoloqlar tədqiqat işlərini davam etdirirlər

Qazax rayonunda arxeoloji tədqiqatlar zamanı oxla öldürülmüş insan sümükləri tapılıb.


Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb

Arxeoloji qazıntılar yeni inşa olunan Gəncə-Qazax-Gürcüstan magistralının Qazax rayonunun Qazaxbəyli kəndi ərazisindən keçən hissəsində aparılıb. Burada, son tunc erkən dəmir dövrünə aid çox sayda maddi mədəniyyət nümunələri və arxeoloji materiallar aşkarlanıb. Bundan başqa, ərazidə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl 2-ci minilliyin sonu, 1-ci minilliyin əvvəllərinə aid 5 qədim qəbir aşkarlanıb. Həmin qəbirlərdə olan sümüklər oxla öldürülmüş insanın sümükləridir. Əksər qəbirlərdə ox hələ də sümüyə sancılı vəziyyətdə qalıb. Ərazidən həmçinin daşdan hazırlanmış əmək alətləri, gil qablar, müxtəlif materiallardan olan muncuqlar, dəmir ucluqlu ox başlıqları, xəncərlər, nizə ucluqları da aşkar edilib.

Qəbirlərdə tapılan insan sümüklərinin bəziləri deformasiyaya uğrasa da arxeoloqlar tədqiqat işlərini davam etdirirlər. Qazıntı zamanı sümüklərin yerli əhaliyə aid olduğu məlum olub.

Qeyd edək ki, «Əziztəpə» abidəsinin ərazisi 3 hektara yaxın sahəni əhatə edir. Lakin yol dəhlizinə düşən hissədə aparılan tədqiqatlar nəticəsində bu abidənin yalnız bir hissəsi öyrənilib. Abidənin gələcəkdə kompleks şəkildə öyrənilməsi üçün işlər davam etdiriləcək.

Mənbə sputnik.az


Digər xəbərlər


DSX əməkdaşı bıçaqlandı

Sentyabrın 20-si saat 21:05 radələrində Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazi­sin­də Cəlilabad-Yard...

Adı çəkilən ünvanlardakı yeni binaların mənzilləri "kupça" ilə təmin ediləcək - TARİXLƏR

«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı «Bəzi çoxmənzilli binaların istismarına icazə v...

Karxanada yanğın - Bir nəfər işçi dünyasını dəyişdi

Bakıda daş karxanasında yanğın olub. Hadisə paytaxtın Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən «Korgöz» daş karxanasında baş verib. ...

Danimarkada maraqlı hadisə - Sirk fillərini “pensiyaya göndəriblər”

Danimarkada sirk fillərini “pensiyaya göndəriblər”. Danimarka KİV-lərinə istinadla xəbər verilir ki, Krallıq 11 milyon kron (1,6 milyon dollardan ...