24.05.2019

Azərbaycanda vətəndaşlara xidmət göstərəcək yeni hökümət portalı yaradıldı

İlk xəbər saat 10:20-də verilib

Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) yaratdığı, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi nəzərdə tutan “myGov” şəxsi kabinet əsaslı Elektron Hökumət portalının təqdimatı keçirilib.

Tədbirdə müxtəlif dövlət qurumlarının rəhbər və informasiya texnologiyaları üzrə məsul şəxsləri, maliyyə institutlarının, elektron və rəqəmsal texnologiyalar, innovativ xidmətlər təklif edən özəl sektor və startap nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

“ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev qonaqları salamlayaraq Prezident İlham Əliyevin Azərbaycanda elektron dövlət quruculuğu sahəsində həyata keçirdiyi institusional islahatlardan, görülən işlərin dövlət-vətəndaş münasibətlərində yaratdığı üstünlüklərdən danışıb. 

Daha sonra Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “myGov” portalının imkanları və perspektivdə nəzərdə tutulmuş yeniliklər barədə məlumat verib. O bildirib ki, portal “qabaqlayıcı hökumət” konsepti əsasında hazırlanıb və iyunun 1-dən istifadəyə veriləcək.

Qeyd edək ki, “myGov” vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən, elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaşlar www.my.gov.az ünvanında yerləşən portaldakı şəxsi kabinetlərində dövlət qurumlarının məlumatları ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət ünvanlaya, elektron arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyəcək.

***

U.Mehdiyev qeyd edib ki, «MyGov» portalı vasitəsi ilə vətəndaşlara ilkin olaraq 26 xidmət, o cümlədən 7 bildiriş xidməti göstəriləcək: «Hər hansı dövlət qurumu vətəndaşın fərdi məlumatlarından istifadə etdiyi təqdirdə ona vətəndaşa bildiriş gələcək. Ümumiyyətlə, portal hazırlanarkən beynəlxalq təcrübə öyrənilib və onların ən qabaqcılı burada tətbiq edilib».

Bundan başqa, Dövlət Agentliyi sədrinin sözlərinə görə, «MyGov» hazırda mövcud olan «E-gov» portalının yenilənmiş formasıdır: «Gələn aydan «E-gov» portalı fəaliyyətini dayandıracaq və vətəndaşlara yalnız «MyGov» portalı xidmət göstərəcək». 

Mənbə report.az


Digər xəbərlər


İsrail qəzeti Azərbaycanda yaşayan israillilərin daha yaxşı həyat şəraitindən yazdı

İsrailin yəhudi icmaları barədə xəbərlər yayan “lntermountain Jewish News” adlı qəzetində Azərbaycanda yaşayan yəhudilər haqqında silsilə məqalələr d...

İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qə...

Amerikanın növbəti hücum eskadrası artıq Yaxın Şərqdədir

Amerika Birləşmiş Ştatlarının digər hücum eskadrası “USS Boxer” Yaxın Şərq sularında lövbər salıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanata ə...

ABŞ Xameneiyə qarşı sanksiya tətbiq etdi

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb. «TASS»a istinadən verdilən məlumata ...