17.05.2019

Bərdədə avtomobil zavodu partlayıb — Xəsarət alanlar var

Bərdə rayonunda avtomobil təmiri sexində partlayış baş verib. 

«Report» un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 30 kvadratmetr olan obyektdə minik avtomobilinin yanacaq çənində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış baş verib. Nəticədə ərazidəki avtomobil ehtiyat hissələri yanıb. Eyni zamanda hadisə zamanı rayon sakinləri — 1970-ci il təvəllüdlü Habil Orucov və 1960-ci il təvəllüdlü Telman Qasımov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Alov söndürülüb, yaxınlıqdakı avtomobil və bitişik tikililər yanğından mühafizə olunub. 

Mənbə report.az


Digər xəbərlər


“Arsenal” Mxitaryanın şərəfinə oynayacağını söylədi

Mxitaryan ətrafında erməni hay-küyü, eyni zamanda informasiya təbliğatı dayanmır. Erməni mediası alman nəşri Kicker-ə istinadən “Arsenal”ın yarım...

Azərbaycanda növbəti tarixi tapıntı - Oxla vurulmuş insanların sümükləri tapıldı (Foto)

Qəbirlərdə tapılan insan sümüklərinin bəziləri deformasiyaya uğrasa da arxeoloqlar tədqiqat işlərini davam etdirirlər Qazax rayonunda arxeoloji tə...

Prezident “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” sərəncam imzalayıb

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək p...

Azərbaycanla sərhəddə 3 terrorçu zərərsizləşdirilərək öldürüldü

Dağıstanda keçirilən antiterror əməliyyatı nəticəsində 3 terrorçu öldürülüb Bu barədə RİA yazıb. “Qarşıdurma ərazisində avtomat silahlar və sur...