16.05.2019

“Bakı Metropoliteni” məhkəməyə verildi və 1,6 milyon ödənilməsi tələb olunur

İddiaçı müqavilədə göstərilən məbləğin ödənilməsini tələb edir

“Safe Life” MMC “Bakı Metropoliteni” QSC-ni məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC pul tələbinə dair iddia ərizəsi qaldırıb.

Ərizədə qeyd edilib ki, “Safe Life” MMC ilə “Azərtunelmetrotikinti” SC-nin Xüsusi Tamamlama işlər İdarəsi ilə 2013-cü ildə müqavilə bağlanıb. Müqavilə üzrə “Bakı Metropoliteni” QSC MMC-yə ümumilikdə 1 milyon 600 min 577 manat məbləğində pul ödəməlidir.

Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırkı məhkəməyə təqdim olunan iddia ərizəsindən görünüb ki, iddiaçılardan biri Tağıyev Azad Hüseyn oğlu fiziki şəxsdir və iddia ərizəsinə onun fərdi sahibkar statusunu təsdiq edən sənəd əlavə edilməyib.

Məhkəmənin qərarı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.

Mənbə sputnik.az


Digər xəbərlər


“Arsenal” Mxitaryanın şərəfinə oynayacağını söylədi

Mxitaryan ətrafında erməni hay-küyü, eyni zamanda informasiya təbliğatı dayanmır. Erməni mediası alman nəşri Kicker-ə istinadən “Arsenal”ın yarım...

Azərbaycanda növbəti tarixi tapıntı - Oxla vurulmuş insanların sümükləri tapıldı (Foto)

Qəbirlərdə tapılan insan sümüklərinin bəziləri deformasiyaya uğrasa da arxeoloqlar tədqiqat işlərini davam etdirirlər Qazax rayonunda arxeoloji tə...

Prezident “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” sərəncam imzalayıb

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək p...

Azərbaycanla sərhəddə 3 terrorçu zərərsizləşdirilərək öldürüldü

Dağıstanda keçirilən antiterror əməliyyatı nəticəsində 3 terrorçu öldürülüb Bu barədə RİA yazıb. “Qarşıdurma ərazisində avtomat silahlar və sur...