04.05.2019

Bakıda Musa Nağıyevin heykəli ucaldılacaq

Bakıda azərbaycanlı milyonçu, neft hasilatçısı və xeyriyyəçi Ağa Musa Nağıyevin heykəlinin ucaldılması məsələsi nəzərdən keçirilir.

Bunu açıqlamasında Ağa Musa Nağıyev adına “Milli Dəyələrin Qorunması” İctimai Birliyinin sədri, milyonçunun fəaliyyətinin tədqiqatçısı, nəvəsi, tarix üzrə elmlər doktoru Dilarə Ağamusa Nağıyeva bildirib.

Onun sözlərinə görə, heykəlin Səhiyyə Nazirliyinin həyətində ucaldılması təklif olunub: “Səhiyyə Nazirliyinin hazırkı binasını vaxtilə Ağa Musa Nağıyev xəstəxana kimi tikdirib və səhiyyə ocağı 2010-cu ilə qədər onun adını daşıyıb. Ağa Musa Nağıyevə Bakıda heykəlin ucaldılması arzumdur. Babamın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək və bu barədə rəsmi səviyyədə mənə söz verilib. Səhiyyə Nazirliyi bu məsələ ilə bağlı Nazirlər Kabinetinə artıq müraciət ünvanlayıb”. 

Mənbə report.az


Digər xəbərlər


İTV "Eurovision-2020" üçün mahnı qəbulunu elan edib

«Eurovision» mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb. İctimai Televiziya və Ra...

Prezident Xalq artistini ordenlə təltif etdi

Prezident İlham Əliyev Cənnət Səlimovanın təltif edilməsi haqqında sərəncam imzalayıb. Gülüstan.info xəbər verir ki, sərəncama əsasən&nb...

XXI əsr kişilərinin geyimi nümayiş olundu - Fotolar

İspaniyalı dəb dizayneri Palomo New-York moda həftəsinə yeni geyim kolleksiyası ilə qatılıb. Dizaynerin geyimlərin nümayişi üçün seçdiyi modellər...

Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq

Fevralın 15-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Əfsanəvi rok hi...