31.05.2019

Bakılı stilist dünyanın ən uğurlu kişisi seçilib

Vadim Qalaqanov «Ən yaxşı fəşn-direktor» nominasiyasında Successful Men Awards mükafatını qazanıb

Rusiyanın Bakı əsilli populyar ulduz stilisti Vadim Qalaqanov dünyanın ən uğurlu kişisi olub. Sputnik Azərbaycan-ın məlumatına görə, o, «Ən yaxşı fəşn-direktor» nominasiyasında Successful Men Awards («Uğurlu kişilər») mükafatını alıb.

Bu sevindirici xəbəri stilist özünün Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Layihənin təşkilat komitəsinə 1000-dən çox ərizə daxil olub. Lakin əsas mükafatı yalnız biznes, yaradıcılıq və idmanda zirvələri fəth etmiş ən uğurlu kişilər əldə edib. Onların arasına Qalaqanov da düşüb.

«Artıq pensiyaya getmək olar. Mükafata görə çox sağ olun» — stilist yazıb.

Qalaqanov uzun müddət GQ Russia jurnalının redaktoru olub və dünyanın bir çox məşhur ulduzu ilə işləyib. Stilist bu yaxınlarda həmçinin özünü aktyor qismində sınayaraq rusiyalı ulduz Yuliana Karaulovanın «Ne veryu» (İnanmıram) mahnısının klipində çəkilib. Hazırda o, Rusiyanın Elle jurnalında işləyir.

Mənbə sputnik.az


Digər xəbərlər


Prezident və xanımı İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı konsertində iştirak edib

Fevralın 20-də Romadakı Kuirinale Sarayında “2020-ci il — İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə konsert proqramı təqdim ...

40 kilometrlik tıxac - Türkiyədən gələn mallar yolda qaldı - FOTOLAR

Türkiyədən gələn TIR-lar Gürcüstan gömrüyündə qalıb. Gülüstan.info xəbər verir ki, çoxlu qar yağması nəticəsində Gürcüstan höküməti 3 gün ərzində ...

İlham Əliyev: "İşsizliklə bağlı problemlər daim diqqət mərkəzindədir"

«İş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülməlidir və görüləcək, xüsusilə özəl sektorda və dövlət sektorunda. Hələ ki, dövlət sek...

Bu nazirlik onlayn əlaqə xidmətini istifadəyə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (sosial.gov.az) onlayn əlaqə xidməti bu gündən istifadəyə verildi. Məqsəd v...