20.05.2019

«Baku Fashion Expo 2019″un ilk mövsümü Bakıda baş tutacaq

Tezliklə ölkənin ən müasir moda layihəsi olan «Baku Fashion Expo 2019″un ilk mövsümü Bakıda baş tutacaq. Layihə bütün iştirakçılara azad fikirlərini ifadə etmək üçün unikal platforma imkanı yaradaraq, onlara sərgilər, qurğular, master-klasslar, moda nümayişləri və dizaynerlərin göstəriş sərgiləri (showroomlar) təqdim edəcək.

Bu mövsüm «Gianni Versace» dövrünə məxsus olan özəl libaslarını Bakıda, Versace markasının xüsusi kolleksiyaçı olan — Aleksandr Stefani tərəfindən nadir ekspozisiyasını təqdim edərək, sərginin bütün ziyarətçilərin yaddaşlarda həmişəlik həkk olunacaq. Sərgi «Gianni»nin bütün yaradıcılığını əks etdirir. Koleksiyaçı xəzinəsinə çox həssasdır, amma Bakı üçün istisna etməklə, «Bakı Fashion Expo 2019″da tam hazırlanmış bir moda nümayişini keçirmək üçün razılıq verib. Burada yerli koleksiyaçı Natavan Əliyevaya aid olan Azərbaycan milli kostyumlarının muzey kolleksiyası ilə yanaşı, dünya şöhrətli italyan brendinin retrospektivi təqdim olunacaq.

Eyni zamanda tədbirin keçiriləcəyi Beynəlxalq Muğam Mərkəzinin podiumunda, ilk dəfə olaraq virtual reallıq və modanın unikal birləşməsinin eksperimenti keçiriləcəkdir. İzləyicilər, təsvirçi Günel Hüseynovanın «Mirana Atelier Alta Moda» markasının mono-şousu ilə müşayiət olunan rəngli virtual reallıq təqdimatını izləyə biləcəklər.

Tədbir zamanı həm gənc, həm də tanınmış olan yerli markalar öz kolleksiyalarını təqdim edəcəklər. Bundan əlavə, şou təqdimatda ulduz qonaqlar və dünyanın bir çox ölkələrindən olan dizaynerlər iştirak edəcəklər.

Tədbir HUAWEI şirkətinin dəstəyi ilə, HUAWEI P30 markalı yeni smartfonlarını təqdim etməklə, Azərbaycan Moda Dizaynerləri Assosiasiyası tərəfindən təşkil olunub.

Tədbirin yüksək texnologiyası «Bakı Fashion Expo 2019″un əsas xüsusiyyətlərindən biridir — ilk dəfə foto və video çəkilişlərin böyük qismi Huawei P30 seriyasından olan super-modern kameralı telefonlarda, 50 dəfə böyüdücü unikal super həssas zooma malik LEICA ilə təchiz olunan kameralarda aparılacaq. Tədbir əsnasında çəkilən şəkillər, əsl super kamera telefonunu nümayiş etdirəcək və HUAWEI P30 seriyalı modellərin yüksək keyfiyyətini təsdiq edəcək.

İnformasiya dəstəyi — Trend.az, Day.az, Milli.az, Azernews.az

Mənbə trend.az


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva bədii gimnastika üzrə dünya çempionatının açılış mərasiminə qatılıb

Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilir. Azərbayc...

Peşə məktəblərinə sənəd qəbulunun ikinci mərhələsi dəvam edir

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi sentyabrın 5-dək davam edəcək. Təhsil Nazirliyindən veri...

Vegeterianlara xəbərdarlıq

Valideynlərin riayət etdikləri vegetarian və veqan dietaları onların uşaqlarının əqli qabiliyyətinə mənfi təsir edə bilər. Bu haqda britaniyalı dieto...

Azərbaycanda hansı avtomobillər axtarışdadır?

Azərbaycanda axtarışda olan nəqliyyat vasitələrinin sayı açıqlanıb. Ümumilikdə ölkə üzrə 2170 avtomobil axtarışdadır. Onlardan 73-ü Bakı şəhəri...